Bakıda olay: Gənc oğlan məhəlləyə qız gətirdi, qətl baş verdi – Təfərrüat
Bakıda qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Emil Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2017-ci il dekabrın 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Emil Heydərov saxlanılıb.
Məlum olub ki, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Nicat Həziyev ilə bir məhəllədə yaşayıb.
Emil Heydərov bildirib ki, özündən 6 yaş böyük olan Nicat Həziyevi mübahisə zəminində öldürüb. Onun sözlərinə görə, Nicat Həziyevin qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib.
Belə ki, Nicat Həziyevin qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən Emil Heydərov həmin şəxsə "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib.
Bundan sonra bu söhbətdən Nicat Həziyev xəbər tutub və Emil Heydərov ilə "söhbət"ə gəlib.
Nəticədə Emil Heydərov Nicat Həziyevi bıçaqlayaraq qətlə yetirib.
İstintaq orqanı tərəfindən Emil Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham elan edilib.
f Paylaş








Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi