Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb.
Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozun da olduğu 3 şübhəli saxlanılıb və Ç.Bozun test nəticəsi pozitiv çıxıb. Polisdəki prosedurların ardından məhkəməyə göndərilən şübhəlilərdən Emek Emre və Ünal Demir həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Çağla Boz isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıb. Məhkəmə-Tibb Ekspertizası Qurumuna qan, saç və sidik nümunələri təqdim edən Bozun narkotik testi ilə bağlı nəticələr də açıqlanıb. "Burak Doğan"ın xəbərinə görə, aktrisanın narkotik testi müsbət nəticə verib. Onun saç nümunəsində kokain maddəsinin aşkarlandığı bildirilib. Bundan başqa, İstanbul İl Jandarma Komandanlığı əməkdaşlarının Çağla Bozun evində apardığı axtarış zamanı həssas tərəzi də aşkarlanıb. 1999-cu il təvəllüdlü Çağla Boz karyerasına moda sahəsində başlayıb. O, 2019-cu ildə Nyu-York Moda Həftəsində podiuma çıxıb.
///sfera.az/// / azxeber.com









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri