Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLAR

Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARXəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da leptospiroz xəstəliyindən dünyasını dəyişib.

Xanim.az Bakıda 18 yaşlı Nərdanə Tağızadənin dünyasını dəyişdiyi bu ölümcül virus haqqında kiçik araşdırma aparıb.

"Leptospiroz" adlandırılan bu nadir və təhlükəli virus əsasən ev heyvanları, donuzlar və boz siçovullardan insanlara keçir.

Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARHəmin təhlükəli virus haqqında yazını sizə təqdim edirik.
Ölümcül virus adlanan "Leptospiroz" mikrobu - kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böyrəklərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, zədələnməsi ilə başlayır.

Əsasəndə donuzların orqanizmində ömür boyu yaşayır.
Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARİlk dəfə leptospirozun klinik gedişini 1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, sonralar onların şərəfinə olaraq xəstəlik Vasilyev-Veyl xəstəliyi adlandırılıb.

Xəstəlik Avropada 4-5%-də ölümlə nəticələnirdi. Yaponiyada kömür şaxtalarında qazmaçılar arasında "Sarı taun" adı ilə məşhur idi və 70%-dən çox hallarda bu virus ölümə səbəb olur.

1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı ilə yoluxdurulmuş hind donuzunun qaraciyərində xəstəliyin törədicisini tapdılar.

Elə həmin ildə (1915-ci il) Xyubner və Reyter bu törədicini təsvir edərək ona Spirochaeta nodosa adını vermişlər. 1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür şaxtalarında tutulmuş boz siçovulların böyrəyində və sidiyində tapmışlar. Sonralar aydın olub əsasən ki, boz siçovullar bir çox yerlərdə bu leptospirlərin əsas mənbəyidir. 1918-ci ildə Amerika alimi Noquşu spiroxetlərin bir sıra morfoloji xüsusiyyətlərini nəzərə alaraq onları spiroxet fəslinin ayrıca bir cinsi kimi təsvir etmiş və leptospira adlandırmışdır (yunanca lepto – nazik, zəif; spira – spiral deməkdir). Elə həmin ildə İdo, Hoki və Vani Yaponiyada 7 günlük qızdırmanın (törədicisi L.hebdomadis) və payız qızdırmasının (törədicisi L.autumnalies) leptospiroz olmasını
təsdiq etmişlər.

Azərbaycanda isə ilk dəfə leptospiroz xəstəliyi Seroloji üsulla (KBR) iribuynuzlu mal-qara arasında 1951-ci ildə M.A.Musayev tərəfindən aşkar edilmişdir. Sonralar o, müxtəlif leptospir ştamlarını iribuynuzlu mal-qaradan, insandan və s. almışdır. 1952-ci ildə N.C.Əliyev insanlar arasında leptospirozun olduğunu bakterioloji və Seroloji üsullarla bir daha təsdiq ediblər. Həmin dövrdən başlayaraq Azərbaycanda leptospirozun epidemiologiyası və təbii-ocaqlılığı T.Ə.Tağızadə və onun tələbələri tərəfindən öyrənilmiş və hazırkı dövrə qədər bu iş davam etdirilir.

Bu ölümcül virus qlobal yayılmış təbii-ocaqlı infeksiyalara aiddir. Hazırda bu xəstəlik insanlar və heyvanlar arasında dünyanın bütün qitələrində (Arktika və Antarktida istisna olunmaqla) 70-dən artıq ölkədə var. Problemin aktuallığı patogen leptospirlərin poliqostallığı, xəstəliyin geniş yayılması, etioloji strukturun dövri şəkildə dəyişməsi, ağır klinik gedişi və ikterohemorragik forma zamanı yüksək letallıqla səciyyələnir.

Bu virus 400 C və yuxarı temperaturda məhv olur. Optimal böyümə üçün inkubasiya dövrü, adətən, 6-14 gündür, lakin bir neçə gündən 4 həftə və daha çox uzana bilər. Patogen leptospiralar serovarlara münasibətdə növ kimi ubik- vitardırlar. Lakin ayrılıqda hər bir serovarın populyasiyası əsas etibarilə müəyyən heyvan növünün populyasiyasını zədələyir. Törədicinin xarakteristikası. Leptospirlər – spiral formalı, uzunluğu 6-20 mkm və daha böyük (2 və bəzən 3 dəfə çox), eni 0,1-0,15 mkm olan zəif mikroorqanizmlərdir.
Bu mikroorqanizmlər çox hərəkətlidir, hərəkətləri müxtəlif istiqamətlidir arxaya, önə, dairəvi. Xarici mühitin kifayət dərəcə nəmliyi və 7,0-7,4 pH-ı törədicilərin yaşaması üçün optimal şərait (temperatur optimumu 28-300C sayılır) hesab edilir.

Bu mikroblar Su hövzələrində 7 gündən 1 aya qədər, nəm torpaqda isə 270 günə qədər sağ qalır. Qida məhsullarında 1 neçə saatdan bir neçə günə qədər qalırlar. Qaynadıldıqda dərhal 56-580 C-də 25-30 dəqiqə ərzində məhv olurlar. Günəş şüasının təsirindən, quruduqda tez məhv olurlar. Törədicilər turş və şəkərli mühitdə dərhal məhv olur. Bağırsaq infeksiyalarına qarşı istifadə olunan dezinfeksiyaedici məhlullar onlara bakterisid təsir göstərir.

İnsanlar üçün infeksiya mənbəyi kimi vəhşi heyvanlar arasında olan gəmiricilər (müxtəlif siçovullar – boz, qara, su; siçanlar, dovşanlar və s.), ev heyvanları – iribuynuzlu qaramal, donuzlar, itlər, bəzən şimal maralları və eləcə də sinantrop gəmiricilər (siçovullar, siçanlar) xidmət edirlər. Vəhşi heyvanlarda xəstəlik klinik təzahür etmədən və xroniki gedişi ilə səciyyələnir. Xəstəlik çox vaxt törədicigəzdirmə şəklində təzahür edir. Uzunmüddətli (bütün ömrü boyu) törədicigəzdirmə zamanı leptospirlər böyrəklər vasitəsilə (sidiklə) ifraz edilir. Belə prosesə iri ev heyvanlarında da müşahidə olunur, ancaq iribuynuzlu heyvanlarda ikterohemoqlobulinuriya və sarılıq əlamətləri qeyd olunmur. Buzovlar törədicilərlə yoluxma nəticəsində 20-90% hallarda ağır kəskin qızdırmalı xəstəlik nəti- cəsində məhv olurlar. Bəzən xəstəlik donuzlarda və inəklərdə balasalma (abort) ilə müşayiət olunur. Heyvanlar leptospirlərlə çirklənmiş sudan, qidadan və cinsi yolla yoluxurlar. Yoluxma amili sidik və vaginal ifrazat sayılır. İnfeksiya mənbəyi tərəfindən törədicilər xəstəliyin bütün dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə qədər davam edir (donuzlarda isə bütün həyatı boyu).

Yoluxma mexanizmi. Xəstə və törədicigəzdirən heyvan lep- tospirləri sidikləri vasitəsilə xaric edərək öz ifrazatları ilə suyu, torpağı və qida məhsullarını çirkləndirir. Nəticədə leptospirlər təbiətdə dövran edir və su yolu, bəzən də qida vasitəsilə insanların yoluxmasına imkan yaranır. Leptospirlər insan orqanizminə tamlığı pozulmuş dəridən və ağız boşluğu, burun, gözlər, həzm yolunun selikli qişasından keçirlər. Yoluxmalar əsasən kənd təsərrüfatında işləyənlərdə ot biçimi zamanı, heyvandarlığın müxtəlif sahələrində çalışanlar, balıq təsərrüfatı işçiləri, kömür şaxtalarında, düyü plantasiyala- rında işləyənlər, deratizasiya işləri apararkən, həmçinin istirahət zamanı – çayda çimərkən, yuyunarkən təsadüfən suyu udduqda baş verir. İkterohemorragik leptospirozla yoluxma halları çox vaxt yoluxmuş siçovulların sidiyi ilə çirklənmiş qidadan istifadə etdikdə, həmçinin leptospiragəzdirən heyvanlarla təmasda ol- duqda baş verir. Əhalinin həssaslığı. Həm kişilər, həm də qadınlar arasında həssaslıq və xəstəliyin klinik gedişinin ağırlıq dərəcəsi eynidir. Yaşlar üzrə paylanma fərqlənmir. Xəstəlik keçirdikdən sonra ömürlük humoral immunitet yaranır. Belə ocaqlarda yerli əhaliyə nisbətən xəstəlik daha ağır keçir. Buna səbəb yerli əhalinin törədicinin kiçik dozaları ilə tədricən immunizasiya olmasıdır. Onların orqanizmində əkscisimlər tapılır. Təbii ocaqlarda insanların xəstələnməsi əsasən yay-payız mövsümünə təsadüf edir. İnsanların yoluxması kənd təsərrüfatı işləri görərkən (çəmənliklərin biçilməsi, buğda, çovdar və yulaf zəmilərində məhsulun, otun yığılması), düyünün, çətənin becərilməsi və s. bol suvarılan tarlaların işlənməsi, bağlarda, bostan- larda iş, yeni məskunlaşan ərazilərin tikintisi, ovçuluq, balıq ovu, turist səfərləri və s., təsadüfi xırda su mənbələrinin suyunun iç- mək, yuyunmaq üçün istifadə olunması və ya gəmiricilərin ifra- zatları ilə çirklənmiş qida məhsullarının işlədilməsi zamanı baş verir. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya vasitəsilə düyü plantasiyalarının yaradılması və digər bol suvarılan bitkilərin yetişdirilməsi zamanı infeksiyanın köhnə ocaqlarından yayılması nəticəsində yeni təbii-ocaqlı ərazilər formalaşa bilər. Bundan başqa, qeyri-mütəşəkkil istirahət əhalinin təbii ocaqlarla təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında insanların yoluxması üçün şərait yaranır. İnkubasiya dövrü 2-20 gün, adətən, 7 gün çəkir. Klinik diaqnostikası. Sarılıq leptospirozda aparıcı əlamət sayılır və bundan asılı olaraq leptospirozun sarılıqlı və sarılıqsız formaları ayırd edilir. Belə ki, leptospirlər limfatik vəzilər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən sonra qandan yox olur, bir çox daxili orqanlara, ilk növbədə isə qaraciyər və böyrəklərə toplanır, sidiklə ifraz edilməyə başlayır. Qan damarlarından leptospirlərin keçməsini kapillyar toksikozla əlaqələndirirlər. Bu isə kapillyar divarının keçiricilik qabiliyyətinin artması nəticəsində baş verir. Leptospirlərin toksiki təsiri və orqanizmin sensibilizasiyası nəticəsində qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı sistemin funksiyalarının pozulması qeyd olunur. Xəstəlik hərarətin artması, güclü baş və əzələ ağrıları (baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. Xəstəlik ağır keçdikdə 1-ci həftənin sonunda (3-9-cu gün) dəri örtüyünün və skleranın sarılığı və dəridə polimorf ekzantema (3-6-cı günlərdə) əmələ gəlir. Ağır hallarda bu, müxtəlif qanaxmalar – burun, uşaqlıq, bağırsaq, çox vaxt isə təkrari və çoxlu miqdarda qanaxmalar şəklində özünü göstərir. Müasir dövrdə 58 növ gəmiri- cilərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. Leptospirlərin bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və xır- dabuynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tül- kü, şimal tülküsü), ev heyvanları və əhliləşdirilmiş heyvanlara (it, pişik, maral) adaptasiya imkanını yaradır.

Xəstəliyə qarşı Əksepidemik tədbirlər. Xəstələr hospitalizasiya olunurlar. Ocaqlarda dezinfeksiya aparılır (bağırsaq infeksiyaları qrupu ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edi- lir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir. Profilaktik tədbirlər. Leptospiroz ocaqlarında hidrotexniki tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, su- yun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirklənmə- sinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi (xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların istifadəsi). Spesi- fik profilaktika zamanı öldürülmüş vaksinlə peyvənd aparılır. Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, arada 7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir.

Bakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARBakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARBakıda ölən 18 yaşlı tələbənin sirrli xəstəliyi haqqında bilmədikləriniz+FOTOLARÜlviyyə Mirzəyeva

Xəbərlər     Baxılıb: 2972   Tarix: 08 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir. xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu virus əsasən qızdırma və dəridə qızartılarla özünü göstərir. Pediatr Bahar Cəbrayılov

.

Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"u

.

İsti havalarda bu məhsulları yemək təhlükəlidir

Yayda əksər insanlar "soyuq" yeməklərə üstünlük verir, lakin bu yanaşma xüsusilə qastrit, pankreatit, xolesistit və mədə-bağırsaq traktının digər xroniki xəstəlikləri olan xəstələrdə sağlamlıq problemlərinə səbə

.

Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb. xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperia

.

Həkim Ruslan İsayev: "Bir doza spirt ömürü beş dəqiqə qısalda bilər"

Alkoqolun bir standart dozası (təxminən 10 qram saf etanol) ömrü təxminən 5 dəqiqə qısalda bilər. xəbər verir ki, bu barədə psixiatr və narkoloq Ruslan İsayev -ya bildirib. "Bu gün artan əminliklə deyə bilərik ki, spirti

.

Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb. xəbər verir ki, Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasın

.

Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər

"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, eləcə də zehni resursların tədricən tükənməsi kimi qiymətləndirilir". . xəbər verir ki, bu sözləri klinik psixoloq Zəhra Zahidova -a açıqlamasınd

.

Bir ay hər gün limonlu su içsəniz nə olar?

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran limonlu su sadə, lakin təsirli bir vərdiş olaraq diqqət çəkir.Xüsusilə səhərlər ac qarına istehlak edildikdə, bir ay nizamlı olaraq istehlak edildikdə limonl

.

Bu dezodorant səssizcə sağlamlığı məhv edir

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır. -ın xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 kosmetoloq hamiləlik paxla cigirtmasi yay kombinleri 2025 qış geyimləri ev dizaynlari qonaq otagi cinsi hüzeyir hacibəyov novruza aid hakışta muellim seiri naz mila