Bakıda özünü körpüdən atmaq istəyən qadının VİDEOSU yayıldı
Bakıda qadın intihara cəhd edib.
Xanim.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə yaxın dəqiqələrdə paytaxt ərazisində baş verib.
Belə ki, orta yaşlarda bir qadın "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq özünü atmaq istəyib.
Ərazidəki insanlar və polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər.
Qadın özünü atan zaman son anda polis əməkdaşları tərəfindən xilas edilib.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq bu körpü bir müddət intiharlara cəhdlərin məskəninə çevrilmişdi. Bu səbəbdən də körpüyə el arasında "intihar körpüsü" adı verilib.
Hətta 2018-ci ilin iyununda həmin körpüdə intihar etmək istəyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırmışdı.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin