Bakıda polis mayoru sevgilisini ŞANTAJ ETDİ: "Üzünə kislota atıb yandıraram"

Bakıda polis mayoru sevgilisini ŞANTAJ ETDİ: "Üzünə kislota atıb yandıraram"Polis mayorunun keçmiş sevgilisi ondan şikayətçidir.
Qadinsayti.az xəbər verir ki, Aynurə Yusifova adlı vətəndaş "Qafqazinfo"ya müraciət edərək Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun həyatına müdaxilə etdiyini, hədə-qorxu gəldiyini deyib.

A.Yusifova bildirib ki, mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub və birlikdə yaşayıb: "2014-cü ildə Anarla münasibətlərimiz soyudu və ayrılmaq istədim. O isə bunu qəbul etmədi və uşaqlarımı oğurlatdıracağını, məni öldürtdürəcəyini, üzümə kislota atıb yandıracağını dedi. Mən fikrimdə qərarlı idi, buna görə də ayrıldım. Bundan sonra Anar öz vəzifə səlahiyyətlərindən istifadə edərək şəhərin təhlükəsizlik kameralarından vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq məni izləməyə başladı.

Özünə məxsus "Range Rover" markalı dövlət nömrə nişanlı avtomobillə yolumu kəsir, hərəkətdə olarkən maneə törədir, həyatıma təhlükə yaradır.

Anar Qafarov uşaqlarımı məktəbə aparan sürücünü də təqib etdirir, buna görə 10 yaşlı oğlum neçə vaxtdır qorxusundan məktəbə getmir. Gecə saat 4-5 radələrinə evimizə zəng edərək bizi narahat edir, qorxudur. Bir neçə dəfə cibindən bıçaq çıxararaq bizi hədələyib. Saxta etibarnamə ilə bizim telefon nömrələrimizdən edilən zəngləri və mesajlaşmaları əldə edir.

Onunla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırmalar aparılsa da, heç bir nəticəsi olmadı. Anar Qafarov kimlərinsə onu himayə etdiyini deyir. Xahiş edirəm, mənim və övladlarımın həyatına olan təhlükənin aradan qaldırılması üçün tədbir görülməsi barədə göstəriş verəsiniz".

Polis mayoru Anar Qafarov məsələ ilə bağlı açıqlamasında A.Yusifovanın iddialarına münasibət bildirib.

A.Qafarov adıçəkilən qadınla 5 il yox, 4 il birlikdə olduğunu təsdiqləsə də, iddiaları qəbul etməyib: "Onu tanımışam, münasibətim olub, çörək kəsmişik, ehtiyacı olanda yardım etmişəm. Mən adam yeyənəm? Mən ona heç bir halda hədə-qorxu gəlməmişəm. Bu saat ifadə verib çıxmışam. O özü məndən əl çəkmək istəmir.

Binəqədi rayon sakini olduğu üçün 5-ci bölməyə şikayət edib. Bir neçə dəfə də gecə saat 3-də mənim Nəsimi rayonunda yerləşən evimin qabağına gələrək mənə deyirdi ki, gecənin bu vaxtı hardan gəlirsən, qız yanına getmişdin? Hay-küy salırdı, sonra da 102-ə zəng edib şikayət edirdi. O işlə bağlı da ifadə verdim, dekabrın 1-də Nəsimi rayon prokurorluğu cinayət işinin başlanmasını rədd etdi.

O, iyun ayında məndən şikayət edib, mən isə may ayında cəzalandırılmışam, bu isə öz işimdəki xətama görə olub. Bu məsələdən cənab nazirin də xəbəri var.

Mən hansı vəzifə səlahiyyətlərimdən sui-istifadə etmişəm? Onun maşını saxlatdırmışam, "prava"sını yazmışam, cərimə meydançasına aparmışam? Mənim vəzifə səlahiyyətlərim bunlardır, heç nə də etməmişəm".

Xəbərlər     Baxılıb: 2511   Tarix: 08 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 sade makiyaj sekilleri gozlerin bezenmesi usaq saclarinin yigilmasi imam sadiq fantaziya kosmetika novruz bayramına aid hakışta google namiq qaraçuxurlu arxadan olmag qu quşu