Bakıda qadın ərini yatızdırıb sevgilisiylə görüşə getdi - QANLI OLAY

Bakıda qadın ərini yatızdırıb sevgilisiylə görüşə getdi - QANLI OLAYArvadı ilə gəzən kişini öldürməyə cəhd etməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az xəbər verir ki, Əlpaşa Məmmədov Kürdəmir şəhərində anadan olsa da, sonradan Bakı şəhərinə köçüb. Paytaxtın Yasamal rayonu Akim Abbasov küçəsi 9 ünvanında məskunlaşıb.

Keçmiş sevgilisi ilə münasibət

Əlpaşa Məmmədov 2010-cu ildə Rəqsanə Səlimova (ad və soyad şərti verilib - red.) ilə ailə həyatı qurub. Rəqsanənin Əlpaşa Məmmədovla ailə qurmamışdan əvvəl sevgilisi olub. Elbrus Səfərov adlı köhnə sevgili Rəqsanənin telefon nömrəsini taparaq zəng edib. Rəqsanə də telefon danışıqları zamanı Elbrus Səfərovun sözündən çıxa bilməyib və onunla münasibət saxlamağa razı olub.

Rəqsanə Səlimova 2014-cü ilin yay aylarına qədər Elbrus Səfərovla münasibət saxlayıb və görüşüb intim münasibətdə olublar. Rəqsanənin Elbrus Səfərovla münasibəti yaranandan sonra əri ilə arası soyumağa başlayıb. Bu, o həddə çatıb ki, Rəqsanə əri Əlpaşa Məmmədovdan boşanmaq qərarına gəlib.

Arvadı boşanmaq istədi, dəliyə döndü

Rəqsanənin ondan boşanmasını eşidən Əlpaşa Məmmədov dəliyə dönüb. O, həyat yoldaşını sevdiyini, ondan ayrılmaq istəmədiyini deyib. Amma Rəqsanə Səlimova israr edib. Bildirib ki, başqa bir kişi ilə münasibəti var, onunla ailə həyatı quracaq.

Əlpaşa Məmmədov həyat yoldaşını izləməyə başlayıb və onun kiminlə görüşməsini müəyyən etmək qərarına gəlib. 2014-cü ilin iyulun 21-də, gecə saat 2 radələrində həyat yoldaşının evdən çıxdığını görüb. Bu zaman Əlpaşa Məmmədov da yuxudan oyanıb və arvadını izləməyə başlayıb. Rəqsanə çox uzağa getməyib. O, evlərinin yaxınlığında münasibət saxladığı Elbrus Səfərovla görüşüb.

Qanlı olay
Həyat yoldaşının başqa kişi ilə görüşdüyünü görən Əlpaşa Məmmədovun gözünü qan örtüb. O, özü ilə əvvəlcədən götürdüyü bıçaqla həyat yoldaşı ilə görüşən Elbrus Səfərovun qarnına bir neçə zərbə vurub.
Elbrus Səfərov Rəqsanənin köməkliyi ilə vaxtında xəstəxanaya çatıb. İlkin tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Qanlı cinayəti törədən Əlpaşa Məmmədov hadisə yerindən qaçıb. Amma Əlpaşa Məmmədov çox uzağa gedə bilməyib. O, polis əməkdaşları tərəfindən həbs edilib. Əlpaşa Məmmədov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

5 il cəza
Əlpaşa Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Əlpaşa Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əlpaşa Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Əlpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib. Yuxarı instansiya məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada da Əlpaşa Məmmədovun kasasiya qaydasında verdiyi şikayəti təmin edilməyib. (Teleqraf.com)

Xəbərlər     Baxılıb: 1861   Tarix: 11 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

turlar.az

aksessuarlar gelinlikler geyim dəbləri tanınmış qadın simalar gozlerin bezenmesi veten haqqinda atalar sozu hekayələr kosmetika bürcler birlik haqqinda cantalar veten haqqinda bayati cinsi