Bakıda qaynata kürəkənini bu ŞOK səbəbə görə həbs etdirdi

Bakıda qaynata kürəkənini bu ŞOK səbəbə görə həbs etdirdiİşlədiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edir. İki uşaq atası Niyaməddin Əkbərov həm gözətçi, həm də bağban işlədiyi şəxsin 5 min 800 manat dəyərində geyim əşyalarını oğurlamaqda təqsirli bilinərək həbs edilib. Bu işlə bağlı diqqət çəkən məqam odur ki, Niyaməddin Əkbərov qayınatasının şikayəti əsasında şübhəli şəxs kimi saxlanılıb. Qayınatanın kürəkəndən şikayət etməsinin səbəbi isə ailədaxili problemlərlə bağlı olub.
Xanim.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əkbərov Niyaməddin Sahəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi məhkəmə prosesində N.Əkbərova qarşı irəli sürülən ittihamlarla bağlı araşdırma aparılıb.

İlk olaraq dövlət itihamçısı ittiham aktını elan edib.

5800 manatlıq ayaqqabı, gödəkçə...

İttihama görə, Niyaməddin Əkbərov Bilgəh qəsəbəsində gözətçi və bağban işlədiyi bağ evindən oğurluq edib. N.Əkbərov ev sahibi Həsən Şərifovun evindən ayaqqabı, gödəkçə və digər geyim əşyaları oğurlamaqda təqsirləndirilir. Bu əşyaların hamısı da H.Şərifova məxsus olub. Oğurlandığı iddia edilən əşyaların ümumi dəyəri isə 5 min 800 manat olaraq göstərilir.

Məhkəmədə zərərçəkmiş şəxs kimi tanınan Həsən Şərifovun vəkili mülki iddia ilə çıxış edərək dəymiş zərərin ödənilməsini tələb etdiklərini bildirib. Məhkəmə mülki iddianı hazırkı mərhələdə baxılmamış saxlayıb.

Ancaq Niyaməddin Əkbərov ittihamla özünü təqsirli bilmir. Heç bir oğurluq əməli törətmədiyini deyən N.Əkbərov şübhəli şəxs kimi saxlanılmasının səbəbkarının da qayınatası olduğunu məhkəmədə bildirib.

Qayınatanın kürəkəndən şikayəti...

Niyaməddin Əkbərov məhkəmədə ilk olaraq onu deyib ki, oğurluq hadisəsinin baş verdiyi deyilən gün Bakıda olub: "Mən o vaxt Həsən müəllimin ya şəhərdəki evində, ya da Bilgəhdəki bağında olmuşam. Oğurluq olduğu deyilən gün isə dəqiq bilmirəm harada olmuşam. Uzun müddət keçdiyindən xatırlamıram. İttihamda yazılanların da hamsıı yalandır. Heç bir evə girməmişəm, oğurluq etməmişəm. Mən bağda və şəhərdəki evdə gözətçi idim. Bağa gec-gec gedirdim. O da ağacları budamaq, baxmaq lazım olanda".

Oğuluq əməlini törətmədiyini deyən N.Əkbərova hakim və dövlət ittihamçısı sual verib.

Məlum olub ki, N.Əkbərov şübhəli şəxs kimi Lənkəranda saxlanılıb. Bu zaman onun evindən sadəcə bir gödəkçə tapılıb. İstintaq həmin gödəkçənin bağ evindən oğurlandığını qeyd edib. N.Əkbərov evlərindən çıxan gödəkçənin kimə məxsus olması haqda məhkəmədə danışarkən bunları deyib: "Həmin "kurtka"nın 45 manat qiyməti var. Onu da Bakıda işləyən vaxt "Sədərək" ticarət mərkəzindən almışam. Bu gün də məni həmin bazara aparsalar haradan aldığımı yəqin ki, göstərə bilərəm".

Məhkəmədə o da məlum olub ki, N.Əkbərov oğurluqda şübhəli bilinib saxlanılmadan əvvəl Bakıdan doğulduğu Lənkərana qayıdıb. Və 6 ay imiş ki, öz ailəsi ilə yaşayırmış.

Hadisənin ən diqqətçəkən məqamı haqda da elə məhkəmə N.Əkbərovun özü danışıb.

"Sən qızımı gətirmisən, mən də..."

N.Əkbərovun dediklərinə görə, onun oğurluq etməsi ilə bağlı polisə məlumat verən qayınatası olub: "Oğurluq hadisəsinin baş verdiyi deyilən vaxt məni də polisə çağırdılar. Həmin vaxt 14-cü polis bölməsinə qayınatamla getmişdik. Məndən izahat aldılar. Mənim oxumaq və yazmağım zəifdir. Mənim izahatımı qayınatam öz əli ilə yazdı. Mən də qol çəkib təsdiqlədim. Nə bilirdimsə, nə görmüşdümsə, onu yazmışdım. Hadisənin nə mənə, nə də qayınatama aidiyyatı yox idi. İzahat verib gələndən sonra xeyli müddət keçdi. Heç bir səs-soraq çıxmadı. Sonradan da nə olduğu ilə maraqlanmadıq.

Mən iki uşaq atasıyam. Ailəmizdə kiçik söz-söhbət olmuşdu. Mən də yoldaşımı aparıb atasının evinə qoymuşdum. Qayınatam zəng elədi ki, "sən qızımı gətirmisən, mən də səndən şikayət edəcəm". Mənə açıq şəkildə dedi ki, polisə oğurluğu mənim etdiyimi deyəcək və dedi".

N.Əkbərov onu da qeyd edib ki, iki uşağının anası olan Pərvanə Muradova ilə barışıblar və hazırda öz evlərindədir.

Məhkəmədə şahid qismində təqsirləndirilən Niyaməddin Əkbərovun qardaşı Elvay Əkbərov da ifadə verib.

O da qardaşı kimi eyni məzmunlu ifadə verərək deyib ki, N.Əkbərov saxlanılmamışdan 6 ay əvvəl Lənkərana qayıdıb və ailəsi ilə yaşayıb.

Elvay Əkbərov suallara cavabında bildirib ki, qardaşı saxlanılarkən və polis əməkdaşları evə baxış keçirərkən orada olmayıb. Amma o da təsdiqləyib ki, qardaşından qayınatası şikayət edib: "Niyaməddinin qayınatası qızının evə qaytarılmasından narazı id. Zəng edib dedi ki, "qızımı qaytarmısan, mən də gedib polisə deyəcəm ki, sən eləmisən". Sonra da gedib şikayət elədi. Buna görə də Niyaməddini həbs etdilər. Niyaməddin gəncdir, iki uşaq atasıdır. Həyat yoldaşı ilə də barışıb".

Qayınata məhkəmə gətiriləcək...

Hakim Mayıl Bayramov Niyaməddin Əkbərovun qayınatasının əlavə şahid kimi məhkəmyəə gətirilməsinin vacib olduğunu bildiirb. Növbəti məhkəmə prosesində onun iştirak edəcəyi gözlənilir. Hakim həmçinin zərərçəkmiş Həsən Şərifovun da məhkəmə gəlməli olduğunu bildirib.

Növbəti məhkəmə prosesi martın 27-nə təyin edilib.

Xəbərlər     Baxılıb: 1726   Tarix: 26 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

geyim seçimi qis geyimləri 2026 geyim necə seçməli kısa saç hörükləri islamda qadın duxovkada toyuq qizartmasi 3 kq kosmetika gözellik orqazm vetene aid atalar sozleri birlik hakışda