Bakıda restoran sahibindən dinə HÖRMƏTSİZLİK: Namaz qıldığı üçün ofisiantı İŞDƏN QOVDU
Xırdalanda yerləşən "Xəzinə Palace"da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən qovulub.
İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək müdiriyyətə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant?
Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında dialoq yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.
Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.
"Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?", - deyə baş inzibatçı bildirib.
mənbə: bakuws
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin