BAKIDA RÜSVAYÇILIQ- Cənazəni 3 gündür dəfn etməyə qoymurlar - SƏBƏB SİZİ ŞOKA SALACAQ!

BAKIDA RÜSVAYÇILIQ- Cənazəni 3 gündür dəfn etməyə qoymurlar - SƏBƏB SİZİ ŞOKA SALACAQ!Bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay yaşanıb. Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət istəməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı Umxanım Məmməd qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyatını itirən şəxs II Alatava 86 ünvanında qeydiyyatındadır. Lakin o, kirayə qaldığı Yasamal rayonu Mirzə Cavad Məmmədzadə (II Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə qəbiristanlıq rəhbərliyi tərəfindən imkan verilməyib.

21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230 manat pul ödəməlidir.

Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə çatdırıb. Şikayətçid eyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım Babayevanın yuyulub kəfənlənmiş cənazəsini "Təzə Pir" Məscidinin morquna yerləşdirmək məcburiyyətində qalıb.

Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin götürüldüyü ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş vəziyyətdə morqda saxlanılır. "Təzə Pir" Məscidinin rəhbərliyi də meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif Babayev kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz yumub. Bu gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: "Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib".

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu mümkünsüzdür: "Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı... Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir". Sabir Həsənovun sözlərinə görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: "Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin içərisində yoxdur". qadinlar.biz

Xəbərlər     Baxılıb: 4046   Tarix: 22 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetoloq həkim məsləhəti aksessuarlar yay geyim 2026 saca xina qoymaq qaydasi kabablar roya ayxan kosmetika novruz bayramına aid bakışta qu quşu novruz bayramına aid hakışta baliq novruza aid hakista