Bakıda ŞOK HADİSƏ: Polislərin üstünə kimyəvi məhlul atdılar - Ölən var
Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, münaqişə zamanı N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb.
Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Rayon prokurorluğunda araşdırma aparılır.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir