Bakıda ŞOK OLAY - həbsdən çıxan oğul...
Ailəsi ona borcunu ödəmək üçün evi satmağa icazə verməyib
Bakıda qətl hadisəsi baş verib. Xanim.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Xətai rayonunun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.
Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.
E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları