Bakıda ustalar sərxoş qadını zorladı

Bakıda ustalar sərxoş qadını zorladıBakıda rus qadını zorlamaqda təqsirləndirilən 1990-ci ildə təvəllüdlü Camur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az xəbər verir ki, lent.az-ın-ın məlumatına görə, Beyləqan rayon sakini Camur İsmayılov 2016-cı il sentyabrın 2-də, saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Olyanın (ad şərtidir) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.

Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkənin mənzilində spirtli içki qəbul ediblər.

Sərxoş vəziyyətdə olan Camur İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb.

Olya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camur İsmayılov mobil telefonunun onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək onunla zorla cinsi əlaqədə olublar.

Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.

Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camur İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O bildirib ki, qadının evində yeyib-içiblər: "Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. O da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla cinsi əlaqədə oldum".

Camur İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ona düzgün ittiham verilməyib.

Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Məhkəmə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Camur İsmayılov 7 il müddətə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 2125   Tarix: 17 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

kosmetoloq makiyaj etmek qaydalari makiyaj instagram əbdürrəhim bəy haqverdiyev yasil pomidor tutmasi kosmetoloqiya qadın sonsuzluğu kosmetika oxu az ikizler qoğalın nağlı uzeyir hacibeyli qiz evi haxista