Bakıda yayılan virus - maska taxmaq da qorumur

Bakıda yayılan virus - maska taxmaq da qorumurAdətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır, öskürək və...
Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.
Zaqatalada qızılca xəstəliyi yayılıb. Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub: "Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.
Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: "Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir".
Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir?
Milli.Az bildirir ki, pediatr Gülşən Əliyeva mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, qızılca hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir: "Bu xəstəlikdə yoluxma yüz faizdir. Yəni kontakt olursa, yüz faiz yoluxma baş verir. Ölkəmizdə bir yaşından başlayaraq qızılca xəstəliyinə qarşı peyvəndləmə olur. 1 yaşında və 6 yaşında. Lakin peyvənddən kənar qalan uşaqların yoluxma ehtimalı daha çoxdur. Ona görə burada birinci qorunma yolu peyvənd olunmaqdır. Uşaqlarda əgər hər hansı bir ciddi əks-göstəriş yoxdursa, mütləq peyvənd olunmalıdır. Maskadan istifadə etmək, ya da uzaq durmaqla bu xəstəlikdən qorunmaq mümkün deyil. Yalnız izolyasiya ilə mümkündür. Yəni kollektivdə bir uşaqda belə qızılca xəstəliyi aşkarlanırsa, həmin müəssisə dezinfeksiya, həmin uşaq təcrid olunmalıdır. Yaxşı olardı ki, əlaqədə olan uşaqlarda bir müddət kollektivə çıxmasınlar. Yəni xəstəni izolyasiya etməklə yalnız qorumaq mümkündür və peyvənd vasitəsilə".
Pediatr onu da əlavə edib ki, peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirirlər, ya da ümumiyyətlə keçirmirlər: "Uşaqların peyvənd olunmasının digər müsbət xüsusiyyəti də evdə olan digər adamları yoluxmadan qoruyur. Uşaqlar asan keçirsələr də, evdə olan digərləri, əsasən də böyüklər bu infeksiyanı ağır keçirir, əsasən də kişilər. Hamilə qadınların yoluxması təhlükəlidir. Bir yaşa qədər körpə uşaqların yoluxması təhlükəlidir. O baxımdan mütləq şəkildə peyvənd olunmaya ciddi riayət edilməlidir. Məncə, bu valideynin istəyi ilə yox, məcburi şəkildə, əks-göstəriş yoxdursa, uşaqlar bir yaşından sonra mütləq peyvənd olunmalıdır. Yoluxma halları da kiçik yaşda uşaqlar arasında daha çox müşahidə edilir".
Qeyd edək ki, uşaqlarda qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır.
Qızılca adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır. Öskürək, burun axması və ya tıxanıqlığı kimi soyuqdəyməyə bənzəyən tənəffüs simptomları qızılcanın erkən əlamətlərdir. Konjonktivit - qızılca zamanı gözlərdə qızartı və işığa həssaslığa səbəb olacaq iltihab yaranır. Diaqnostik əlamət sayılan koplik ləkələri olaraq bilinən ağız içərisində kiçik ağ ləkələr qızılca olduqda görünə bilir. Eləcə də qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.
Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır.
Qızılca virusu daha sonra tənəffüs epitelində çoxalır və bütün bədənə yayılır. İmmunitet hüceyrələrinə, xüsusən də ağ qan hüceyrələrinə üstünlük verilir. İmmunitet sistemi infeksiyaya cavab verir və simptomlar adətən məruz qaldıqdan 10-14 gün sonra görünür. Bu inkubasiya dövründə virus çoxalır və uşaq qızılca əlamətlərini bu zaman göstərməyə başlayır. Qızılca çox yoluxucudur və fərdlərdə səpgilərin başlamasından təxminən dörd gün əvvəldən dörd gün sonraya qədər virusu başqalarına yaya bilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1389   Tarix: 22 noyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim necə seçməli donlar 2026 kosmetika mehsullari sepkilere qarsi mualice azad qadin hicab modelleri cavanlaşdırıcı maskalar kosmetika veten haqqinda atalar sozu turpun nağlı google uşaq şeirləri hamilelik