Bakıda zibillikdən tapılan körpə kimindir? - VİDEO
Yeni doğulan körpə torbaya qoyulmuş vəziyyətdə, zibil qutusunun yanında olub
Bakıda zibil qutusunun yaxınlığından rəngli torbaya qoyulmuş körpə tapılıb.
İstiPress-in sosial şəbəkədən əldə etdiyi videodan görünür ki, körpəni tapan sakinlər onu torbadan çıxarıb gödəkçəyə bükürlər.
Uşağın təzə doğulduğu ehtimal olunur. Güman ki, qız uşağı olan körpə ya evdə, ya da elə küçədə dünyaya gəlib.
Hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən, onlarda bu barədə məlumat olmadığını bildirdilər.
Daha sonra, belə uşaqların adətən aparıldığı Elmi-Tədqiqat Pediatriya İnstitutuna zəng vurduq. İnstitutun direktoru Nəsib Quliyev onlara hələ ki, belə bir körpənin daxil olmadığını deyib. Baş həkim dekabr ayında buna bənzər bir hadisənin olduğunu, instituta yeni doğulan bir qız uşağının daxil olduğunu bildirib. Nəsib Quliyev həmin uşağın hazırda 1 saylı Körpələr Evində olduğunu deyir. Çox ehtimal ki, bu görüntülər də dekabr ayında tapılan həmin körpənin görüntüləridir.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri