Bakıdan sonara Baham adalarına gedən Ledi Qaqa - FOTOLAR
Dünyaca məşhur ulduz Ledi Qaqa Bakı 2015 Birinci Avropa Oyunlarının açılışında iştirak etdikdən sonra Baham adalarına üz tutub.
İstirahət məkanından çimərlik kostyumundakı şəkillərini İnstagram hesabında paylaşan ulduzun bir qədər çəki aldığı diqqətdən yayınmayıb.
Vesti.ru xəbər verir ki, müğənni Bakıda keçirilən Avropa oyunlarının açılış mərasimindəki çıxışından sonra özünə istirahət vermək qərarına gəlib.
Müğənninin bədən forması əvvəllər də tez-tez tənqid atəşinə məruz qalsa da, o, heç kimin fikirlərini nəzərə almadan bədənini nümayiş etdirib. Ulduzun sözlərinə görə onun bədən forması ideal olmasa da, o, özünü necə varsa edləcə də sevir.