Bakıdan Suriyaya gedən ana və iki azyaşlı uşağı öldürülüb
Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın iki azyaşlı övladı ilə birlikdə öldürülüb.
Qadinsayti.az musavat.com-a istinadən bildirir ki, ana və övladları Suriyada döyüş bölgələrinin birində bombardmanın qurbanı olublar.
Məlumata əsasən, bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə yeddi yaşlı qızı və üç yaşlı oğlu olub.
Bildirilir ki, Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdir. İŞİD terror qruplaşmasının tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdır.
Qeyd olunur ki, Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən dörd ay sonra zərərsizləşdirilib.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?