Bakının mərkəzində ərəblərlə "qiymət qıran" azərbaycanlı fahişələrlə bağlı AÇIQLAMA (VİDEO)

Bakının mərkəzində ərəblərlə "qiymət qıran" azərbaycanlı fahişələrlə bağlı AÇIQLAMA (VİDEO)Son illər ərəb turistlərin ölkəmizə axını qədim peşə sahiblərinin biznesini canlandırıb.

Bu məsələ ötən həftədən bəri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bakı bulvarından sonra turistlərin ən çox üz tutduğu "Torqovı" kimi tanıdığımız Nizami küçəsi yüngül həyat tərzi keçirən qadınların bazarına çevrilib.

Fahişələrin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəkillərini çəkərək paylaşırlar. Emil Əmiraslanov adlı aktiv sosial şəbəkə istifadəçisinin paylaşdığı statusu nümunə kimi təqdim edirik: "Hər axşam şəhərin mərkəzində Azərbaycan "qızları" abırsızcasına ərəblərə yaxınlaşıb özlərini təklif edirlər. Hər axşam dəfələrlə bu mənzərənin şahidi oluram. Tam mərkəz küçədə bir-birilərinin dilini bilməsələr də, əl-qolla qiymət davası gedir. Çox biabırçı vəziyyətdir. Bununla bağlı çəkilişlərim də var".

Bu tipli çoxsaylı paylaşımlar və bu statuslara yazılan şərhlər vəziyyətin, doğrudan da, ciddi olduğundan xəbər verir.

Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Sakinlər fahişələrin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində polisləri günahlandırır.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Oxu.Az Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Arif açıqlamasında polisin hər zaman belə hallarla mübarizə apardığını bildirdi: "Polislərimiz ictimai asayişin qorunmasında hansısa bir mənfi halın baş verməsini gözləmirlər. Hər zaman ayıq-sayıqdırlar. Siz dediyiniz mənfi hala qarşı həmişə mübarizə aparırıq. O istiqamətdə həmişə işlər gedir. Amma bir məsələ də var ki, biz heç bir sübut olmadan heç kimin əlindən tutub deyə bilmərik ki, "Torqovı"da gəzmə və ya dayanma. Turistlərlə ünsiyyətə girməsinə də qadağa qoya bilmərik. Polis belə məsələdə ancaq fakt və sübutlarla hərəkətə keçə bilər".

Qeyd edək ki, Azərbaycanda fahişəliyə görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsinin 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində qeyd olunur ki, bu cinayətlə saxlanılanları 400 saat inzibati cəza və 2500 manatdan 3500 manata qədər cərimə gözləyir.

Xəbərlər     Baxılıb: 2485   Tarix: 07 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetoloq yay geyimləri 2026 geymler 2026 saç həkimi veten haqqinda atalar sozu 2026 ayaqqabı modelləri kişi dünyası kosmetika irem derici novruz bayrami zehmet ve zinet insan xanım az