Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun, cərimələnə bilərsiniz

Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun, cərimələnə bilərsinizXanim.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqları çəkilən ərazilərdə nişanlar qoyulur: "Sürücülər yollarda olan digər nişanlar kimi o nişanın tələbinə uyğun olaraq da hərəkət etməlidirlər. Buna nəzarəti də Dövlət Yol Polisinin əməkdaşları həyata keçirirlər. Hər hansı nəqliyyat vasitəsi xüsusi hərəkət zolağına girə bilməz. Yalnız sərnişin avtobusları o zolağa girə bilər. Zərurət olacağı təqdirdə operativ nəqliyyat vasitələri də həmin zolaqdan istifadə edə bilər.

Qaydaları pozanlar isə 40 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda xüsusi hərəkət zolağının olduğu marşrut zolağı üzrə hərkət edən sərnişin avtobusları mütləq şəkildə həmin zolaqla hərəkət etməlidirlər. Və bu zolaqda hərəkət edərkən bir avtobus digər avtobusu keçə bilməz. Yəni zolaqdan çıxıb o biri avtobusu ötə bilməz. Əgər belə olarsa, bu hal verilmiş marşrut xəttindən çıxma sayılır və sürücü 40 manat cərimə olunur.

Bundan əlavə, hər hansı avtobus sürücüsü başqa xətt üzrə hərəkət edib təsadüfən həmin zolağa daxil olubsa, həmin xüsusi hərəkət zolağına girə bilməz. Xüsusi hərəkət zolağından yalnız həmin zolaqdan keçən sərnişin avtobusları hərəkət edə bilərlər".

M. Ağayev qeyd edib ki, ilkin mərhələdə 9 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının çəkilməsi müəyyənləşdirilib: "Artıq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində xüsusi hərəkət zolağı çəkilib və hazırda nişanlanma işləri aparılır. Digər küçə və prospektlərdə mərhələli şəkildə proseslər davam edəcək. Biz müvafiq dövlət qurumları ilə birgə hansı küçələrdə buna zərurət varsa, orada da işləri həyata keçirəcəyik.

Qeyd edim ki, bu zolaqlar üç və daha artıq hərəkət zolağı olan küçələrdə çəkilir. Çünki iki hərəkət zolağı olan küçədə onun çəkilməsi artıq sıxlıq yarada bilər. Nəqliyyat Agentliyi olaraq bu fikirdəyik ki, şəhərdə bu tip nəqliyyat zolaqlarının olması mütləqdir. Bu marşrut şəbəkəsindən istifadəni stimullaşdırır. İctimai nəqliyyatdan istifadə artarsa, bu şəhərin tıxac probleminin həllinə də kömək edə bilər. Avtobus tıxacda qalmadığı təqdirdə isə, əhali sərnişin avtobuslarından daha çox istifadə edəcək".

Xəbərlər     Baxılıb: 1461   Tarix: 27 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

toy makiyaji sekilleri qadin dunyasi hamilelikde qidalanma evin bəzədilməsi kətə reseptləri aparici serxan keremoglu zirinc faydalari kosmetika oglan evi tanisliq üzeyir hacıbəyli şəkərbura qu quşu