"Bakirliyimi 17 yaşında itirmişəm" - Elvin Abdullayev + Müsahibə

"Bakirliyimi 17 yaşında itirmişəm" - Elvin Abdullayev + MüsahibəMüğənni Elvin Abdullayevin Axşam.az-a müsahibəsi:

– Çəkdirdiyiniz klipləriniz sosial mediada "Yeni ulduz"dakı görüntüləriniz qədər izlənmir. Bunun səbəbi nədir?

– İnsanlar çox bəsit, qalmaqal və biabırçı görüntülərə daha çox önəm verirlər. Buraya söyüşlü və intim videolar da daxildir. Tanınmamış başdanxarab insanların videolarının da nə qədər izləndiyinin fərqindəyəm. Sosial mediada yayılan "Yeni ulduz" müsabiqəsinin seçim turlarından olan görüntülərdə mənə müxtəlif rəylər gəlmişdi. Biri yazmışdı ki, alçaq dağları bu yaradıb, filan yerin behini verib və sair. Heç vaxt rəylərə cavab yazmamışam. Görünür ki, insanları daha çox bunlar maraqlandırır. Görüm bunun əvvəli necə olub, yaxud indi kim olub ki? Haradan gəlib və digər...

– Belə rəylərə reaksiya verirsiniz?

– Rəy bölməsinə zarafatyana bir obyekt kimi yanaşıram. Heç kim orada ciddi ola bilmir. Hamı öz fikrini bildirir, əksəriyyəti ağzına gələni danışır.
"Bakirliyimi 17 yaşında itirmişəm" - Elvin Abdullayev + Müsahibə"BAŞQALARI KİMİ GÜNDƏ EVLƏNİB, BOŞANMAĞI SEVMİRƏM"

– Tez-tez məclislərə gedirsiniz. Həmin yerlərdə sizə göz qoyan xanımlardan özünüzü qoruyursunuz?

– Getdiyim məclislərdə kiminləsə baxışmıram. İş prosesində belə şeyləri qəbul etmirəm. İlk növbədə ailəliyəm, bu, yaxşı bir iş deyil. Tanış olmaq olar təbii ki... Ancaq baxışmaq, filan keçmişdə qalıb. Özümü qorumağa isə ehtiyac yoxdur. Həyat davam edir. Nə olsun ki, evliyəm? Başqaları kimi gündə evlənib, boşanmağı sevmirəm. Ailəmə və övladlarıma sadiqəm.

– Bəs, İnstaqram "direct"dən tanış olmaq üçün yazanlar olur?

– Hazırda "direct"imdə 256 oxunmamış mesaj var ki, onlar çox əcaibdir. Bunların hamısını xanımlar yazıb. Nömrə yazan kim, görüntülü zəng edən kim... Elə təkliflər edirlər ki, şoka düşürəm. Düşünürəm ki, bizim bəzi başdanxarab xanımlar niyə bu səviyyəyə çatıb?

– Evli olmağınız isə tanışlığa mane olur...

– Bundan narazı deyiləm. 6 ildir evliyəm, bizdə hər şey qaydasındadır.

"EVDƏ BİR DƏNƏ KİŞİ OLAR" DEYİMİ İLƏ RAZI DEYİLƏM"

– Evdə kimin sözü keçir?

– Evdə hər ikimizin sözü keçir. Mənim də, həyat yoldaşımın da... Azərbaycan mentalitetində yer alan "Evdə bir dənə kişi olar" deyimi ilə razı deyiləm. Qadın da insandır. Arada ona qulaq asmaq lazımdır. Çünki bəzən onların ağıllı fikirləri olur. Sən də ağıllı ol ki, o fikri qap və istifadə et.

– Elvin evlilikdə romantikdir, ya sərt?

– Görünüşüm insanları aldadır. Bəziləri yekəxana, bəziləri kobud deyir. Son iki ildə insanların fikri dəyişib. Çox sadə insanam, səmimi adamlarla münasibət qurmağı sevirəm. Yetərincə romantikəm, sərt olmağı xoşlamıram. İnsanları da pozitiv olmağa çağırıram.

"SUBAYLIĞI YETƏRİNCƏ DADA BİLMƏMİŞƏM"

– Bəs, evli kişinin subay kişidən fərqi nədir?

– Evli kişi evə vaxtında, subay isə istədiyi vaxtda gedir. Subay olmaq yaradıcı insan üçün daha yaxşıdır. Yaradıcı insan tək qalmalı, ailə qurmamalıdır. Düzdür, ailə qurmuşam, xoşbəxtəm. Ancaq evlənmək yaradıcı insana maneələr törədir. Elə olur ki, səhərəyaxın evə gəlirəm. Bu, mənim üçün problem deyil. Ən çox ailəmlə vaxt keçirməyi sevirəm.
"Bakirliyimi 17 yaşında itirmişəm" - Elvin Abdullayev + Müsahibə– Ürəyinizdə qalan istək var? Hansı ki, kaş subay olardım, bunu edərdim deyirsiniz?

– Hərdən subaylara qibtə edirəm. Bunu başqa yerə yozmasınlar. Sadəcə, içimdən keçənləri deyirəm. Düşünürəm ki, subaylığı yetərincə dada bilməmişəm.

– Subaylığı yetərincə dada bilməyən Elvin bakirliyini nə vaxt itirib?

– Bakirliyimi 17 yaşımda itirmişəm.

– Yuxarıda qeyd etdiniz ki, sərt görünsəm də, romantikəm. Qadınlar isə adətən sərt kişiləri seksual hesab edirlər. Bəs, siz özünüzü seksual hesab edirsiniz?

– Özümü səksən faiz seksual hesab edirəm. Həyat gözəldir. Çalışın istədiyiniz kimi, xoşbəxt yaşayasınız. Həyatı doya-doya yaşamaq lazımdır.
"Bakirliyimi 17 yaşında itirmişəm" - Elvin Abdullayev + Müsahibə

Şou Biznes     Baxılıb: 2152   Tarix: 07 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

turlar.az

hamiləlik geyim və ayaqqabılar qadin sayti boşanmalar yeməklər sac horukleri veten haqqinda atalar sozu kosmetika ikizler şəhid nizami gencevi toyuq salati novruz bayramına aid