Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...

Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...Dünya ulduzları konsert vermək təklifi alanda ilk növbədə rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirir.

Ölkəmizdə baş tutacaq "Formula 1" yarışları çərçivəsində Meray keri, Tarkan, Nikol Şerzinger kimi tanınmış müğənnilər və "Black Eyed Peas" qrupunun konserti gerçəkləşəcək. Görəsən, həmin ulduzların rayderləri nədən ibarətdir?
Xanim.az axşam.az-a istinadən xəbər verirki, həmin ifaçıların rayderlərini təqdim edir.

Onlar indiyə kimi getdirləri konsertlərdə bunları tələb ediblər:

Meray Keri dünyanın ən kaprizli ulduzlarındandır. Onun istəkləri arasında ilk növbədə dəyəri 1500 dollar olan şampan şərabından bir neçə şüşə olmasıdır. Onun qalacağı otaqda unitaz, əlyuma yeri və vanna yeni quraşdırılmalıdır. Tutacaqlar isə qızılı dəmirdən olmalıdır. Otaqda mütlək yumuşaq oyuncaqlar, 200 ədəd dəsmal, təbii güllər yerləşdirilməli, yerə və yatağa qızılgül ləçəkləri tökülməlidir. Meray Keri mineral su ilə vanna qəbul etməyi xoşlayır. Keri getdiyi yerə itini də aparır. İti üçün də əlavə vanna quraşdırılmasını tələb edir. O, mineral su ilə vanna qəbul edərkən, iti də onun yanında olmalı və mineral su ilə doldurulmuş vannaya uzadılmalıdır. Ən əsası isə o səhnəyə çıxanda kulisdə xüsusi bir adam qoyulmalıdır. Nikol səhnəyə çıxanda ona saqqızını verməlidir.

Nikol Şerzinger də getdiyi yerdə rayderlərini ilk təqdim edənlərdəndir. Onun rayderinə ilk növbədə sıyıq daxildir. Daha sonra isə dənli bitkilərdən olan qidalar olmalıdır. Qrim otağında 20 dəsməl yerləşdirilməlidir. Onlar isə mütləq qara rəngdə olmalıdır. Ekzotik meyvələr yer almalıdır. Otaqdan gözəl qoxu gəlməlidir. Nikol meneceri ilə eyni mərtəbədə qalmalıdır.

Tarkan rayderində ilk növbədə onun yaradıcılığı ilə bağlı istəklər yer alır. Orkestri ilə eyni oteldə qalmalıdır, onların yeməyi, rahatlığı yüksək səviyyədə təşkil edilməlidir. Kulisdə viski, antep fıstığı və çoxlu dəsmal olmalıdır. Onları görməyəndə çox əsəbiləşir. Konsert hazırlığı uzun vaxt aparır. Kulisdə çox səs-küy olmamalıdır. Rahatlamaq üçün çoxlu bitki çayı içir. Özəl olaraq Bolqarıstandan gətirilən bitki qarışıqlı çayı içməsə, səhnəyə çıxmır.

"Black Eyed Peas" qrupunun rayderi 38 səhifədən ibarətdir. Təkcə kulisdə ən bahalı brenddən olan araqdan 5 şüşə, 11 ədəd ağ pendir və ispanaqdan hazırlanan sendviç, 8 ədəd donuz ətindən hazırlanan sendviç, 42 şüşə su, portağal, kokteyl və başqa tələblər olmalıdır. Özləri ilə birlikdə heç bir texniki avadanlıq gətirmirlər. Hamısını təşkilatçı özü təmin etməlidir.

Xəbərlər     Baxılıb: 2036   Tarix: 12 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

yaz geyimleri 2026 yay kolleksiyasi maskalar qız bürcü sonsuzluq oğlanlar necə qızları sevirlər uzum sirkesinin hazırlanması qaydasi kosmetika kökəlmək üçün faydalı bilgilər layla tərəzi bürcü qiz evi ucun