Bakıya gələn dünyaca məşhur müğənninin üçəmi oldu
İfaçı bu barədə məlumatı gizlədib
Dünyaca məşhur müğənni və prodüser Farel Uilyamsın ailəsində xoş hadisə baş verib. İstiPress-in məlumatına görə, ulduz ifaçının həyat yoldaşı Helen Lasiçan üçəm dünyaya gətirib.
Xoş hadisə bir neçə gün əvvəl baş verib. Lakin ifaçı bu barədə məlumatı gizlədib. Körpələrin cinsiyyəti bəlli deyil. Ailəyə yaxın olanlar qeyd ediblər ki, ana və üçəmlər sağlam və xoşbəxtdirlər. Qeyd edək ki, Farel Uilyams Bakıda "Formula-1" yarışmasının sonuncu günü çıxış edib.
f Paylaş