Bal

BalBal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.

Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl "min bir dərdin dərmanı"dır.

Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır.

Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.

Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal təbii immunostimulyatordur — o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.

Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara bal çox yaxşı kömək edir.Tədqiqatçılar sübut edirlər ki, öz antiseptik və yara sağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərinin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır.

Hal hazırda dükanlarda müxtəlif "enerji verən" içkilər satılır. Bu içkilərə olan münasibət birmənalı deyil — bəziləri onların effektli və ziyansız, digərləri isə çox ziyanlı olduqlarını söyləyir. Bu halda sizə bir məsləhət verə bilərdik. Fəal və gümrah olmaq istəyirsinizsə, səhər tezdən 1 çay qaşığı bal qatılmış 1 stəkan təmiz su için. Bu sizə lazım olan enerjini bəxş edəcək və eyni zamanda mədə-bağırsaq sisteminin "saat kimi" işləməsinə təkan verəcək (xüsusən bu qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir).

Dediyimiz kimi, bal təbii antibiotik, antiseptik və virus əleyhinə "preparat" sayılır. Bu səbəbdən bal dəridə olan furunkullar ( çiban), irinli yaraların və həmçinin stomatitlərin müalicəsində uğurla istifadə olunur.

Bal qara ciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orada olan iltihablarla mübarizə aparır.

Bal ginekologiyada da geniş istifadə olunur. Uşaqlıq yolu və uşaqlıq boynu iltihabları zamanı balla olan tamponlar təyin edilir. Uşaqlıq boynu eroziyası zamanı da bal yaxşı effekt verir. (Hər bir halda müalicə üsulları həkim tərəfindən seçilməli və təyin olunmalıdır.)

Bal həmçinin kosmetologiyada istifadə olunur. Bal maskaları üz dərisini daha hamar və cavan edir, xırda qırışları yox edir.

Sellülitin müalicəsi zamanı balla bürünmələr və balla masaj çox yaxşı effekt verir.

Bal öz faydalı xüsusiyyətlərini itirmədən uzun müddət hətta uzun illər ərzində saxlanıla bilər. Lakin bunun üçün balı düzgün saxlamaq lazımdır — temperaturası 20 C-dən artıq olmayan quru qaranlıq yerdə yaxşı bağlanan şüşə və ya saxsı qablarda (plastik qablarda yox!). Soyuducuda balı saxlamaq olmaz. Ümumiyyətlə bal nə soyuğu nə də istini "sevmir". Bu səbəbdən balı isti suya və ya südə əlavə edib içmək olmaz. Balı çaya da qatmaq məsləhət görülmür ki, bu halda balın bəzi faydalı xüsusiyyətləri itir.

Bal aldıqda onun həqiqətən bal olduğuna əmin olmaq lazımdır. Təbii balın özünə məxsus ətri var. Bəzi ballar çox ətirli, digərləri az ətirli olur. Lakin əgər balın heç bir ətri yoxdursa, bu, çox güman ki, təbii məhsul deyil. Təbii bal yedikdə, o boğazı qıcıqlandırır və sanki "yandırır".

Qaşıqdan tökülən təbii bal heç vaxt damcılanmır, düz şırnaqla axır və bu şırnaq bal qurtarana kimi kəsilmir.

Sağlamlıq     Baxılıb: 3370   Tarix: 13 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

qadin sayti yemek reseptleri toy gecesi ariqlamaq ucun yasil cay bir yaşına qədər körpələrə qulluq balqabaq plov qadın və texnologiya kosmetika burclerin uyumu cantalar baldiz qiz evi ucun pomidor