Bal kimlərin səhhətini ağırlaşdıra bilər?
Həkim - diyetoloq Nuriyyə Dianova bildirib ki, bal qaraciyərdə problemi olan insanlara qəti qadağandır.
Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, mütəxəssis qeyd edib ki, bu məhsul allergendir, ona görə də allergiya xəstələrinin balı qida rasionundan çıxarması məsləhətdir.
Onun sözlərinə görə, şəkər xəstəliyi və artıq çəkidən əziyyət çəkən insanlara baldan istifadə etmək olmaz. Onsuz da balın tərkibində şəkər yüksək səviyyədədir.
Bal fruktoza mənbəyidir. Bu növ təbii şəkər qaraciyərə mənfi təsir göstərə bilər. Əgər qaraciyər problemi olan adam zəifləmişsə, artıq o, qeyri-sağlamdır. Həkim qaraciyər yağlanması diaqnozu qoyulan insanların bal yeməsinə ehtiyac olmadığını vurğulayıb.
Sağlamlığında sadalanan problemlər yoxdursa, onda müəyyən qədər bal yemək olar.
Əgər pəhriz saxlanılırsa, o zaman gün ərzində şəkər qəbul edilmədən, 1 -2 çay qaşığı bal qəbul etmək olar.
Sonda mütəxəssis bildirib ki, ümumilikdə gündə 30 qramdan artıq şəkər qəbul etməmək daha yaxşıdır.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi