Balakəndə təcavüzdən hamilə qalan 12 yaşlı qız: "Bu hamiləlikdən nə vaxt qurtaracağam?"

Balakəndə təcavüzdən hamilə qalan 12 yaşlı qız: "Bu hamiləlikdən nə vaxt qurtaracağam?"Balakən rayonunda atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı uşaqla bağlı sabah yekun iclas keçiriləcək.

BiG.AZ xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycan Qadınlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, rəsmi məktub əsasında 12 yaşlı uşağın anası ilə görüşub:

"Birinci növbədə mənə uşağın vəziyyəti maraqlıdır. Ana bildirdi ki, qızı çox narahatdır. Uşaq anasına deyib ki, "Mən bu hamiləlikdən nə vaxt qurtaracam? Buna son qoysunlar. Mən normal həyatıma qayıtmaq istəyirəm".

Bundan əlavə ananın özünün də durumu pisdir. Uşağına qarşı dəhşətli cinayət törədilib. Söhbət burada 12 yaşlı uşağın əməliyyat olunmasından gedir. Mütləq qaydada uşaqla psixoloqlar danışmalıdır. Bizim təşkilat bu sahədə kifayət qədər təcrübəyə malikdir. Amma mənə uşaqla danışmaq üçün icazə vermədilər".

Kəmalə Ağazadə bildirib ki, atalığından hamilə qalan 12 yaşlı uşaqla görüşmək üçün ondan Səhiyyə Nazirliyinin rəsmi icazəsini istəyiblər:

"Əslində bu qərarın özü səhvdir. Uşağın qəyyumu anasıdır. Anası icazə verirsə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac qalmır. Uşağa diqqət və qayğı göstərilir. 22 həftəyə qədər hamiləliyin dayandırılması tənzimlənir. Amma 22 həftədən sonra hamiləliyin dayandırılmasında problemlər yaranır. Yetkinlik yaşına çatmayanlarla bağlı qanunlar var".

Kəmalə Ağazadə ana ilə görüşdə özünə qarşı bir qıcıq hiss etdiyini vurğulayıb: "Sanki qorxurlar ki, mən uşaqla söhbətdə nəsə öyrənməyə çalışaram. Uşağın psixoloji durumunu qiymətləndirmək istəyirəm. Bu uşağı əməliyyata qədər hazırlamaq istəyirəm. Biz zaman itiririk".

Xəbərlər     Baxılıb: 2797   Tarix: 13 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

sade makiyaj sekilleri geyim dəbləri sac duzumleri dirnaq manikuru daban agrisi ayaqqabı cins 2026 kosmetika məsəllər hakıştalar novruz bayrami qiz adlari toy gecesı