"Balamı gəlin donuna deyil, kəfənə bürüdüm" – Fərəhin anası + FOTOLAR

"Arzuları ilə bir yerdə getdi Fərəhim...."

Bunu AzNews.az-a açıqlamasında 12 yaşlı Fərəf Yaqubovanın 3 mərasimində mərhumun anası Şahnaz Əliyeva deyib. Əlləri hər yerdən üzülən ananı heç nə ovundura bilməyib:

"Fərəh məni tək qoyub getdi. Bala anasına qarşı necə etibarsız olarmış? 33 şagirdin hamısını qızıma görə çox istəyirdim. Ay Allah, sənə neynəmişdim. Allah heç bir anaya bala dağı göstərməsin. Hər hün Fərəhi dərsə öpüb yola salırdım. Deyirdi "ay ana gəl küçədə görüşək". Razı olmurdum. Qonşunun uşağı baxırdı, anasız idi, istəmirdim ki, bizi görüb yetimliyini hiss etsin. Bütün zəhmətim heçə getdi. Anan qurban sənə, məni niyə tənha qoydun Fərəh? Arzuları ilə qoşa gedən Fərəhim can. Fərəf mənə elə bir dağ verdi ki...Toyu qiyamətə qalan balam can. Gəlin olmayan Fərəhim lay-lay. Bircə arzum vardı, onu oxudub ağ paltarda gəlin köçürmək. Balamı gəlin donuna deyil, kəfənə bürüdüm".

Fərəh Yaqubovanın sinif yoldaşlarının valideynləri də onun niyə belə addım atdığını başa düşmürlər.

Ülviyyə Babayeva: "Biz bu hadisədən şokdayıq. Fərəhgilin sinfində 30 şagird təhsil alır. Çox mehriban sinifdi. Onların sinfi məktəbdə birincidir. Bütün bayramlarda başda olub. Tədbirlərin yaxşı əhval-ruhiyyədə keçirilməsinin səbəbkarı Fərəhin anası Şahnaz xanım olub. Fərəhin ölümü ilə bağlı dəqiq heç nə bilmirik. Ondan-bundan eşitmişik ki, dərman içib. Fərəh əla oxuyurdu. Amma qismət deyilən şey var. Çox heyif ki, belə bir uşağın ömrü yarımçıq qaldı".

Natavan Hüseynli: "Şahnaz xanımın sayəsində şagirdlər Qubaya səfər edərdilər. Fərəh yaxşı bir həyat tərzi keçirib. Heç nəyə ehtiyacı olmayıb. Anası qoymayıb ki, o, nədənsə korluq çəksin. Onun anası kimi uşağının nazı ilə oynayan olmayıb. Uşaq getdi, ana da şam kimi yandı. Hamı pis olub. Fərəhin bir xalasının qızı vardı. 2-ci sinifdə oxuyanda xərçəng xəstəliyindən ölüb. O gündən illər keçib, amma Fərəh hələ də onun fikrini edirdi. Onunla bir yerdə yaşayıb, bacı kimi olublar. Onun ölümü şagirdləri də sarsıdıb. Onlar üçün çətin olacaq".

Sevda Quliyeva: "Fərəh qəşəng və nazlı qız idi. Azca da forsu vardı. Həyata baxışı hamıdan seçilirdi. Anası həmişə ona seçilən ad günü keçirərdi. Bütün ad günləri bir yerdə restoranlarda qeyd edərdik. Sonuncu ad gününü oktyabrda qeyd elədi. Nədənsə ora getməmişdim. Yamanca incimişdi. Valideynlərin hamısı onu çox istəyirdi. Çoxlu şəkil çəkdirərdi".

12 yaşlı Fərəh Yaqubova Badamdard qəsəbəsindəki evində nənəsinin qan təzyiqini aşağı salan dərmanlarını içdikdən sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.
"Balamı gəlin donuna deyil, kəfənə bürüdüm" – Fərəhin anası + FOTOLAR"Balamı gəlin donuna deyil, kəfənə bürüdüm" – Fərəhin anası + FOTOLAR"Balamı gəlin donuna deyil, kəfənə bürüdüm" – Fərəhin anası + FOTOLAR

Maraqlı     Baxılıb: 4297   Tarix: 19 noyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

turlar.az

geyim şəkilləri qaşların formalari qadın geyimi viruslar gün vurmanın əlamətləri veten haqqinda atalar sözü ana südü artırmaq kosmetika masturbasiya xerçeng buga burcu şəkərbura namiq qaraçuxurlu