Balığın təzə olduğunu necə bilmək olar? - VİDEO

Balığın təzə olduğunu necə bilmək olar? - VİDEODeyirlər hansı ayın adında "R" hərfi varsa, deməli balığın sezonudur, arın-arxayın yemək olar. Ancaq bu o demək deyil ki, həmin o "R" səni müxtəlif təhlükələrdən sığortalayır. İlin istənilən fəslində, hətta qışın oğlan çağında belə aldığın, yediyin balığın köhnə və ya təzəliyinə fikir verməlisən. Nəzərə alsaq ki, digər sahələrdə olduğu kimi, bu sahədə də işbazlar var ki, insan həyatı ilə oynayarlar, bu zaman çox diqqətli olmalıyıq. Odur ki, gəlin bir yerdə öyrənək- balığın təzə olduğunu necə bilmək olur?

Ayrı-ayrı fərdləri çıxmaq şərti ilə, ümumilikdə bizdə digər ölkələrlə müqayisədə balığa olan maraq o qədər də böyük deyil. Məsələn, Türkiyədə balığ ətrafında maraqlı bir mədəniyyət formalaşıb. Hətta o səviyyədə ki, insanlar hansısa bir gününü məxsusi olaraq balıq və balıq məhsulları yeməyə ayırırlar. Hətta belə bir deyim də var - "İstanbula gəlib əkmək arası balıq yemədinsə, demək ki, bu şəhərə gəlməmisən..." Bu ölkədə balıqla bağlı xeyli sayda zərbi-məsəllər var. Bizdə isə hələ də, 3 arzu yerinə yetirən qızıl balığa ümid edirlər... Xülasə... gəlin soruşaq görək, təzə tutulmuş və ya alınmış balığı neçə gün saxlamaq olar?

Elə bu an, kənarda durub bizə qulaq asan digər balıqçı, söhbətimizə müdaxilə edərək, həmkarı ilə razılaşmır. Deyir, balığı illərlə də saxlamq olar.

Sujetimizin əvvəlində, bu sahədə də işbazların mövcud olduğuna toxunmuşduq. Balığa edilən kənar müdaxilə, birbaşa insan həyatına təsir edən amillərdəndir. Ancaq buna baxmayaraq, pul xatirinə bu dəyərləri heçə sayan bəzi adamlar ən kəskin addımlardan belə çəkinmirlər.

Nəticədə, balığın başına gətirilən oyundan bixəbər olan insanlarda yeməkdən bir neçə saat sonra müxtəlif formada dəyişikliklər, halsızlıqlar və ürəkbulanma halları baş verir.

Odur ki, balıq və balıq məhsullarının qəbulundan bir müddət sonra hətta xırda dəyişikliklər belə hiss etsəniz, dərhal həkimə müraciət etməlisiniz. Əks halda, qanın tərkibinə müdaxilə edən zəhərli maddələr insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər.

İstəməzdik ki, toxunduğumuz bu mövzu sizi balıqdan bir qədər də uzaqlaşdırsın, Balıq insan orqanizmi üçün çox vacib qida növlərindən biri hesab olunur. Kalorisi az, bu baxımdan da yüngül hesab olunan bu qida məhsulunun gözün görmə qabiliyyətindən tutmuş digər sahələrə də müsbət təsiri danılmazdır. Odur ki, balığı mütləq qida rasionunuzdan əskik etməyin. Sadəcə, onu alarkən köhnə olub-olmadığına ciddi şəkildə fikir verin.

Yeri gəlmişkən, nə vaxtsa məşhur nağıldaki o qızıl balığı tutsanız, 3 arzunun ikisini özünüzə, birini balıq işbazlarının insafına xərcləyin. Əks halda göydən 3 alma gözləməyin...

ATV.az

Mətbəx     Baxılıb: 4514   Tarix: 08 sentyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu