"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili

"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkiliMillət vəkili Fəzail Ağamalı hökumətin hesabatında çıxışı zamanı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, bu gün bazarlar od tutub yanır: "Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də durmadan artır. Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. Bu sahədə olan bürokratiyanı, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var".

Millət vəkili Elmira Axundova isə çıxışında bank sektoruna inamın azaldığını qeyd edib: "İnsanlar banklarla üz -üzə qaldılar. Nəticədə intihar edənlər də oldu. Məndə olan məlumata görə, daha bir neçə bankın birləşdirilməsi gözlənilir. Tələb təklifi üstələyir. Amma sahibkarlar bankdan kredit götürməyə risk etmir.

Bundan əlavə, səhiyyə ilə bağlı demək istəyirəm ki, dövlət tərəfindən dərman preparatlarının qiyməti aşağı düşdükdən bir sıra orijinal, yüksək keyfiyyətli xaricdən gələn dərmanlar yoxa çıxdı və onları tapmaq mümkünsüz oldu. Bəzən ən sıravi məhsulu belə tapa bilmirsən. Bunun üçün nazirin burada olmağından istifadə edərək bu məsələnin araşdırılmasını təklif edirəm.

Digər aktualı məsələ isə son günlər artan dəm qazı ölümləri ilə bağlıdır. Təklif edirəm ki, "Azəriqaz" qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın".

Elmira Axundovanın dəm qazı ilə bağlı təklifinə isə vitse-spiker Valeh Ələsgərov reaksiya verib . O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalı idi: "Ona görə ki, əlavə zəhərlənmə maddə evdən çıxsın. Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?".

Xəbərlər     Baxılıb: 1576   Tarix: 17 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

sade makiyaj sekilleri reseptler adlarin menasi qış tədarükü salatlar donlar 2026 feyxoanin faydalari hamilə qadın nə yeməli kosmetika şebnem tovuzlu sağlamlığın sirleri gözellik novruz hakısdası hakisda