Baş dərisini "deşmək" saç çıxardır?
Son dövrlərdə geniş yayılmış dəri baxım vasitələrindən biri olan dermarollerin effektivliyi barədə dermatoloqlar fikirlərini bölüşüb. Onların sözlərinə görə bu alət düzgün istifadə olunduqda dəriyə müsbət təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, dermaroller dəridə mikroiynələr vasitəsilə xırda deşiklər açaraq kollagen istehsalını stimullaşdırır. Bu isə dərinin yenilənməsinə, xırda qırışların azalmasına, məsamələrin daralmasına və çapıqların yüngülləşməsinə səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, ev şəraitində 0.25 mm-dən 0.5 mm-ə qədər iynəli modellərdən istifadə tövsiyə olunur. Daha dərin təsirli iynələrlə işləmə isə yalnız dermatoloji nəzarət altında aparılmalıdır. Dermarollerin nəticəsi adətən 1-3 ay ərzində müşahidə olunur.
Həkimlər qeyd edir ki, alət gigiyenik qaydalara uyğun istifadə olunmazsa, infeksiya riski yarana bilər. Həssas və iltihablı dəridə, eləcə də gözətrafı nahiyədə ehtiyatlı olmaq məsləhət görülür.
Dermatoloqlar bu məhsuldan istifadə etməzdən öncə mütləq peşəkar məsləhət almağı vacib hesab edir.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi