Baş və boyun xərçənginin ilkin əlamətləri

Baş və boyun xərçənginin ilkin əlamətləriMütəxəssislər bildirir ki, xərçəng xəstəliyi deyəndə, bir çox insanın ağlına ağciyər, qan və ya döş xərçəngi gəlir. Halbuki, bu gün baş və boyun xərçəngi də geniş yayılıb.
Dünyadakı xərçəng xəstələrinin 10 faizi məhz baş və boyun xərçəngindən əziyyət çəkənlərdir.
Bu gün cəmiyyət baş və boyun xərçəngi haqqında məlumatsızdır. Bu xəstəliklərin ilkin əlamətləri bilinmədiyi üçün vaxtında diaqnoz qoyulmur və bu da xəstənin ölümlə üzləşməsinə gətirib çıxarır.
Qadınsaytı.az baş və boyun xərçənginin ilkin əlamətlərini təqdim edir:
Həkimlərin sözlərinə görə, baş və boyun xərçənginin ən böyük səbəbi spirtli içkilər və siqaret aludəçiliyidir.
Bundan başqa, cinsi yolla keçən HPV virusu da xərçəngin bu növünə səbəb olur. Qeyd edək ki, baş və boyun xərçəngi dedikdə, bu bölgələrdə müşahidə edilən hər cür xərçəng növü nəzərdə tutulur. Buna dil, qırtlaq, damaq, boğaz, ağız içi, dodaq və diş əti xərçəngini daxil etmək olar.
Bu bölgələrdə müşahidə edilən xərçəng çox uzun müddətlik müalicə tələb edir. Erkən dövrdə diaqnoz qoyulub müalicəyə başlanıldığı halda, xəstənin xilas olma şansı 80 faizə kimi artır.
Ağızda çıxan kiçik bir yara, səsin qısılması, boğazın şişməsi adətən, qrip və ya soyuqlama əlamətləri zənn edilir. Halbuki, bunlar xərçəngin nişanəsi ola bilər.
Əgər aşağıdakı halları müşahidə edirsinizsə, dərhal həkimə müraciət edin!
*Boyun bölgəsində ağrısız şişlər
*Ağzın içində, dil və dodaqda 10 gündən çoxdur ki, sağalmayan yaralar
*Udqunarkən çətinlik çəkmək
*Burnun davamlı olaraq tutulması və ya burun qanaxmaları
*Göz ətrafında şiş və ya cüt görmə
*Mütəmadi davam edən qulaq ağrısı və qulaq çınlaması.
Publika.az

Xəbərlər     Baxılıb: 3201   Tarix: 21 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

turlar.az

reseptler maskalar kosmetoloq otaq dizaynları toxunma geyimlər salat reseptləri fotoqaleriya kosmetika ekizler big.az hamilelik sekis sperma