Bazardan meyvə və tərəvəz alanlar, DİQQƏT! - Koronavirusa yoluxma TƏHLÜKƏSİ

Bazardan meyvə və tərəvəz alanlar, DİQQƏT! - Koronavirusa yoluxma TƏHLÜKƏSİBazarda satılan təzə tərəvəz və meyvələrin satıcılar tərəfindən lazımi gigiyena şərtlərinə diqqət yetirilərək təqdim olunması mühüm amildir. Bətəndaşlar bazardan paket halında aldığı meyvə və tərəvəzlərin koronavirus riskinə qarşı necə dezinfeksiya ediləcəyini bilkmək istəyirlər.
Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həm şəxsi gigiyenanın, həm də ətraf mühitin təmizlənməsinin koronavirusa böyük təsir etdiyini bildirir. Gündəlik istehlak üçün bazarlardan aldığımız meyvə və tərəvəzlərin virusa qarşı yaxşı dezinfeksiya edilməsi olduqca vacibdir.
Meyvə və tərəvəzləri koronavirusuna qarşı dezinfeksiya etməyin yolları
Meyvə və tərəvəzləri kir, qum, həşərat və digər pestisidlərdən təmizləmək üçün bol su ilə yuyun. Su qidanın dezinfeksiya edilməsində böyük rol oynayır.
Qidaları sabun, şampun və s. kimi təmizləyici materiallar ilə dezinfeksiya etməyin. Unutmayın ki, sabun yalnız əllərinizi təmizləmək üçündür.
Qablaşdırılmış halda aldığınız məhsulların təmiz olduğunu düşünməyin. Onları da eyni qayda ilə yuyun.
Kənardan qida almağı bir müddət dayandırın. Mümkün olduqca, evinizdə öz nəzarətinizdə bişən yeməklərə üstünlük verin.
Meyvə və tərəvəzin üzərindəki kiri və torpağı təmiz yuyun. Torpaqda, ümumiyyətlə, çoxsaylı bakteriya, mikrob və virus var.
Göyərtinin təmizliyi
Böyük bir qabı su ilə doldurun və içərisinə göyərtiləri atın. Kahı, reyhan, yaşıl soğan və s. göyərtilər suda qaldıqdan sonra qabı boşaldıb yenidən su ilə doldurun. Bu dəfə su olan qaba bir neçə qaşıq sirkə əlavə edin. Göyərti 5 dəqiqə sirkəli suda qaldıqdan sonra süzgəcə qoyulmalıdır. Beləliklə, özünüzü təhlükədən qoruyarsınız.
Köklü tərəvəzlərin təmizlənməsi
Köklü tərəvəzlər torpaqda olduğuna görə olduqca çirkli və mikrobludur. Kartof, kərəviz, yerkökü və turp kimi tərəvəzləri koronavirus riskinə qarşı düzgün dezinfeksiya etmək üçün bol su ilə yuyun. Yuma prosesində bir fırça istifadə edərək, tərəvəzin üst hissəsini suyun altında fırçalayın.
Meyvə təmizlənməsi
Eynən tərəvəzlər kimi, bazardan aldığınız meyvələri də bol su ilə yuyun. Məsələn, almaları daha təmiz və gigiyenik etmək üçün suyun altına qoyun və əllərinizlə sürtün. Daha sonra təmizlənmiş və ya sterilizasiya olunmuş qaba qoyun. Yuduğunuz zaman əlcəklərdən istifadə edin.
Qidaları koronavirusdan necə qorumalı?
Çiy və yeyilməyə hazır qidaları ayrı-ayrı hissələrdə saxlayın.
Çiy əti soyuducudakı digər qidalara bakteriya ötürməməsi üçün ağzıbağlı qablarda saxlayın.
Çiy və yeyilməyə hazır qidalar üçün fərqli doğranma lövhələrindən istifadə edin.
Çiy qidalarda istifadə etdiyiniz bıçaqları və digər mətbəx əşyalarını bol su və qab şampunu ilə hərtərəfli dezinfeksiya edin.
Çiy ət və ya quş ətini suda yumayın. Bunun əvəzinə, zərərli bakteriyaları yox etmək üçün hərtərəfli bişirin və mətbəx avadanlıqlarınızı təmiz saxlayın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1506   Tarix: 03 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq