Bədən hərarəti nədir?

Bədən hərarəti nədir?Bədən temperaturunun normal temperaturun üzərinə çıxmasına bədən hərarəti adlanır. Ümumiyyətlə makatdan ölçülən normal bədən temperaturu 36.4 - 37.6 C, qoltuq altından ölçülən normal temperatur isə 36.5-37.0 C olaraq qəbul edilir.
Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arsında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00- 06:00 arasında olur. Bədən hərarəti ağızdan, makatdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.
Bədən temperaturunun 37 C-nin üzərində olduğu zaman bədən hərarətinin yüksək olmasından bəhs edilir. Qoltuq altı temperaturu 37-37.5 C arası , 37.6-37.9 C arası az bədən hərarəti, 38-38.5 C arası orta dərəcədə çox bədən hərarəti, 38.5-39.5 C arası çəx bədən hərarəti, 40 C-nin üzərində isə çox yüksək çox yüksək bədən hərarətidir. Qoltuqaltından təyin edilən bədən hərarəti ölçüləri makatdan götürülən ölçülərə görə 10 C daha aşağıdır.
Bədən hərarətini müəyyən etmədə ən doğru ölçü metodu termometrdən (dərəcə) istifadə etməkdir. Əl təması ilə bədən hərarətinin ölçülməsi nisbi olub, həmçinin göstərilən şəraitə görə yanılmalara səbəb ola bilər.
Bədən temperaturu ölçümündə istifadə olunan termometrlər
Civəli Termometrlər: İstifadədən əvvəl civə səviyyəsinə nəzarət edilir əgər civə səviyyəsi yüksək isə silkələyərək azaldılır.
Klassik olaraq uşaqlarda bədən hərarəti 4 yaşa qədər makatdan ölçülür. Bu üsul ən ideal olanıdır. 380 C-dən çox hallarda bədən hərarətinin olduğu qəbul edilir. Makatda yara varsa və ya bu ərazidə əməliyyat keçirilibsə, bu ərazi istifadəyə yararsızdır. 1-2 Yaşından sonra əgər uşaq etiraz edirsə, ona hörmət edilərək digər tərəflərdən ölçü aparılır.
Makatdan ölçmək üçün uşaq yan yatırılaraq civəli makat termometrinin ucu sonuna qədər qoyularaq 3 dəqiqə gözlənilir. Sonra çıxarılır beləliklə, civə parlaqlığı səviyyəsi görülmüş olur. Civəli termometrlərin qoltuqaltı tipləri ilə asan oxunan daha böyük növləri də mövcuddur. Çox kiçik vaxtından qabaq doğulmuş uşaqlarda bədən hərarəti ölçmə işi rektal olaraq tətbiq etmək olmaz. Böyük uşaqlarda bədən hərarəti ölçmə isə qoltuqaltı və qasıq bölgəsindən həyata keçirilir .
Civəli termometrlər yerə salınarsa və istifadə zamanı qırıla bilər bu görə səliqəli istifadə edilməlidir.
Elektron - Rəqəmli Termometrlər: Civəli termometrlərə ən yaxşı alternativ olan rəqəmsal termometrlər son illərdə olduqca geniş istifadə edilir. Civəli termometrlərə nisbətən davamlı olmaları səbəbi ilə zərbələrə dayanıqlı və yerə düşdüyü zaman qırılmama, giriş və ölçüm sonunda səsli xəbərdarlıq verə bilmə və avtomatik olaraq bağlanma kimi xüsusiyyətləri var. Rahat oxunan, bütün bədən hərarəti ölçülə bilən yerlərdə tətbiq olunan bu termometrlərin istifadələri asandır.
Qulaq Termometrləri: Timpanik infrared emissiya təhqiqatçı, pratik və anında nəticə alınan termometrlərdir. Bu termometrlərin istifadəsində filtrlərini tez-tez dəyişdirmək və ölçüm məsafəsini yaxşı tənzimləmək lazımdır.
Lent Şəklində Termometrlər: Bədən, alın, əl biləyi kimi yerlərə tətbiq edilərək istifadə edilə bilər. Oxunması asan lakin istifadəsi geniş olmayan termometrlərdir.
Nəyə görə bədən hərarəti artır?
Bəzi bakteriya və virusların ifraz etdiyi maddələr və ya özləri, bədənimizə xəbərdarlıq edərək bəzi bədən maddələrinin artmasına yol açır. Bu maddələr də beynimizə təsir edərək bədən hərarətinin artmasına səbəb olur.
Bədən hərarətinin yüksəlməsi orqanizmdə nələrə yol açır?
Bədən hərarətinin yüksəlməsi zamanı titrəmə, əl və ayaqlardakı damarlarda müvəqqəti daralmağa bağlı olaraq əllər və ayaqlarda soyuma kimi əlamətlər ortaya çıxır.
Bədən hərarəti 6 ay-6 yaş arası uşaqlarda narahatçılığa yol açır; Həmçinin uşaqlarda sayıqlama, hallyusinasiya kimi təsirlər göstərir.
Bədən temperaturunun yüksək olduğu hallar ilə necə mübarizə edə bilərik?
1. Dərmanlar: Parasetamol, ibuprofen
2. Soyuk tətbiqi
Dərmanlar:
Ən geniş istifadə edilən dərman parasetamoldur. Yan təsirləri olduqca az və etibarlı bir dərmandır.Dozu isə 4-6 saatda bir kiloqram başına 10-15 mg.dır. Gündəlik doza kiloqram başına 60 mg.ı keçməməlidir.
Burada əhəmiyyətli olan dərmanın tərkibindəki parasetamolun neçə milliqram olmasıdır. Bu səbəblə dərmanın neçə milliqram olduğunu mütləq oxuyun.
Bədən hərarəti aşağı düşmür isə 4 saatda bir verilə bilər.
Xəbərdarlıq:
Uşaqlar üçün mövcud olan və gripal hallarda istifadə edilən bəzi dərmanların içində parasetamoldan əlavə olaraq uşağın yaşına görə diqqətli istifadə olunmalıdır cünki tərkibində başqa maddələr də var. Bu dərmanlardan istifadə edərkən, içindəki parasetamol dozası da hesablanmalı və gündəlik doza keçilmədən digər hərarəti aşağı salan dərmanlar ona görə verilməlidir.
İbuprofen: Qısa müddətli istifadələrdə yan təsiri aşağı olan bir dərmandır. Doza hər 6-8 saatda bir kiloqram başına 5-10 milliqram. Gündə ən çox 4 dəfə, qeyd edilən dozalarda vermək olar.
Salisilatlar (Aspirin): Uşaqlara verilməsi məsləhət görülməyən bir dərmandır.
Soyuq Tətbiqi: Bu tətbiq bədən hərarətinin azaldılmasında dərmanlara yardımçı olur. Bədən səthi geniş olduğu üçün kiçik uşaqlarda, bədən hərarətini aşağı salmaq üçün təsirli bir metoddur.Hamam suyu temperaturu 30 - 32 C olmalıdır. Buzlu su, ya da çox soyuq suya üstünlük verilməz. Hamam suyuna spirt əlavə olunmaz.
Bir başqa üsul də yaş dəsmallarla bədən hərarətinə nəzarət edib tez-tez ölçərək bədən hərarətinin gedişini izləməkdir.
Bədən temperaturası yüksək olan uşağın olduğu mühitin temperaturu 21-22 C arasında saxlanılmalıdır.
Uşağınızın bədən hərarəti yüksək isə üstündəki geyimləri çıxardın; Uyğun dozada hərarəti aşağı salan dərman verin və soyuq tətbiqi edin.Bədən hərarəti yüksələrkən titrəmə olduğu üçün, uşağınızın üstünü örtməyin.
Bədən hərarəti yüksək olan uşağa nələr edilməməlidir?
Alkoqol və sirkə ilə bədəni silmək
Üşümək qorxusu ilə geyimlərini çıxarmamaq və daha çox geyindirmək
Çox isti və ya çox soyuq içkilər vermək
Səhv bədən temperaturu aşağı salan dərmanlardan istifadə etmək- Həddindən artıq dozada və ya əksik dozada dərman istifadə etmək - Uyğun zamanda qızdırma əleyhinə dərmanlardan istifadə etməmək.
12 yaş altındakı uşaqlarda virus infeksiyalar olduğu zaman həkimlə məsləhətləşmədən dərman istifadə etmək.
Fövqəladə hallar:
Qızdırması yüksələn uşaqlarda və xüsusən uşaqlarda aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi qızdırmaya müşayiət edirsə, vaxt itirmədən həkimə getməlidir. Çünki ciddi bir xəstəliyin də əlaməti ola bilən qızdırmaya aşağıdakı əlamətlər də əlavə edilə bilər;
Qızdırma xüsusilə 2 yaş altındakı uşaqlarda rastlanırsa (3 aydan kiçik uşaqlarda qızdırma, çox ciddi infeksiya əlaməti ola bilər. Bu səbəblə ilk bədən hərarətini aşağı salan dərmanı verdikdən dərhal sonra ən yaxın sağlamlıq ocağına müraciət edin.)
Bədən hərarəti körpələrdə və uşaqlarda 40 C-nin üzərində görülürsə və aşağı salına bilinmirsə
Körpə və uşaqlarda ağlama, inləmə və toxunduqda narahatçılıq varsa
Qızdırma ilə birlikdə yuxuya meyillilik varsa və çətin yuxudan ayılırsa
Cilddə bənövşəyi maddələr əmələ gəlirsə
Özünü bilmirsə və ya sayıqlayırsa
Çətin nəfəs alıb vermə başlayırsa
Udma çətinliyi çəkilirsə
Ümumi görünüşdə pisləşmə varsa
Boyun hissəsində kəskinləşmə varsa
Davamlı qusma, ishal olarsa
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 4043   Tarix: 07 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda