Bədən hərarətini aşağı salan təbii vasitələr

Bədən hərarətini aşağı salan təbii vasitələrBədən hərarətinin yüksəlməsi immun sisteminin güclü olduğundan xəbər verir. Onun dərman və digər vasitələrlə aşağı salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Mütəxəssislərin fikrincə, ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman qəbul etməyə ehtiyac yoxdur. Qızdırma orqanizmin infeksiya ilə mübarizəyə başladığını göstərir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, bədən hərarəti yüksələndə onu normaya salmaq üçün bir sıra vasitələrdən istifadə etmək olar: "Hərarətin aşağı salınması üçün ilk olaraq xəstənin əynində qalın geyim varsa, onu çıxarmaq lazımdır. Həkimlər məsləhət görürlər ki, 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq xeyirlidir. Amma xəstə qızdırmadan titrəyirsə, onu ovxalamaq olmaz".
Onun dediyinə görə, qızdırmanı aşağı salmaq üçün daha təsirli təbii üsullar da var və onlardan biri də moruq mürəbbəsidir: "Moruğun təsiredici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asitelisil turşusunun, yəni təbii aspirinin olması ilə əlaqədardır.
Hərarəti salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 50 milliqram su əlavə edilir və dərhal içilir. Həmin qarışığı gündə 3-4 dəfə qəbul etmək olar.
Temperaturu aşağı salan daha bir vasitə bədənin damarlar keçən hissələrinə, yəni ayaq, qol və büküş hissələrinə, alın və boyuna ilıq suda isladılmış dəsmalın qoyulmasıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

qadin sayti makiyaj etmek qaydalari qadın geyimi ayaq dirnaqlarina qulluq çantalar reseptlər şəkillər kosmetika xerceng kahfe kali şəhid tapmacalar intim munasibetler