Bədəni 1 həftədə ideal formaya salan pəhriz

Bədəni 1 həftədə ideal formaya salan pəhrizYayın gəlişi ilə qışda alınan çəki bir çox insanın kabusuna çevrilir. Ancaq məşhur dietoloq Qabriela Pikok artıq çəkidən cəmi bir həftə ərzində xilas olmağın mümkünlüyündən bəhs edib.
Şahzadə Beatris və Şahzadə Harri ilə işləyən məşhur dietoloq deyir ki, cəmi bir həftə ərzində yaya uyğun bədənə sahib olmaq real və ya sağlam görünməyə bilər, lakin hər kəsin qısa müddət ərzində özünü daha inamlı və enerjili hiss etməsi üçün edə biləcəyi sadə həyat tərzi dəyişiklikləri var.
Milli.Az medicina.az-a istinadən dietoloqun 8 məsləhətini təqdim edir:
İlk məsləhət düzgün maye qəbulu ilə bağlıdır. Dietoloqun fikrincə, bitki çayları maddələr mübadiləsini gücləndirir, buna görə də səhərlər günə bitki çayı içərək başlamaq lazımdır. Bundan əlavə, limon və xiyarla qarışdırılan su şişkinliyi azaldır. Bu, qarnı düzləşdirmək üçün faydalı ola bilər.
Mütəxəssisin ikinci tövsiyəsi natriumdan çəkinməkdir. Çünki natrium bədəndə həddindən artıq su tutulmasına və bədənin daha şiş görünməsinə səbəb olur. Qabriela deyir ki, duz əvəzinə yeməkləri otlar və ədviyyatlarla dadlandırmaq natriumu azaltmağın asan bir yoludur.
Üçüncü addım olaraq dietoloq zülal qəbulunu artırmağı tövsiyə edir. O, bunun əzələ kütləsini qoruduğunu söyləyir. Ət, qatıq, bərk qaynadılmış yumurta və humus məsləhət görülür.
"Dilimlənmiş tərəvəzləri sobada bişirərək sağlam çipslər hazırlamaq, onları humusla yemək olar. Yenə evdə yulaf, çərəzlər və biraz balla sağlam taxıl barları hazırlamaq olar. Bunlar hazır, işlənmiş qidaları asanlıqla əvəz edə bilən ləzzətli alternativlərdir", - dietoloq qeyd edir.
Dördüncü tövsiyə kinoa, şirin kartof və qəhvəyi düyü kimi bir sıra mürəkkəb karbohidratları pəhrizə daxil etməkdir:
"Bu növ karbohidratlar bədəninizə yanacaq verir və sizi daha uzun müddət tox hiss etdirir. Buna görə də tez-tez qəlyanaltıya ehtiyac duymayacaq və daha az kalori qəbul etmiş olacaqsınız".
Dietoloqun beşinci məsləhəti lif istehlakı ilə bağlıdır: "Meyvə və tərəvəz kimi lifli qidalar həzmə kömək edir və şişkinliyi aradan qaldırır".
Altıncı addım düzgün qəlyanaltı seçimidir. "Əlinizin altında sağlam qəlyanaltı alternativləri olsun.
Çərəzlər, toxumlar, meyvələr, qatıq və s. Ancaq bunların hamısını birdən yemək olmaz. Aclığınızı azaldacaq qədər yeməlisiniz. Qəlyanaltıda iki qidanı birləşdirmək daha gec acmağınıza səbəb olacaq.
Məsələn, qatığı meyvələrlə qarışdırıb yemək olar. Çərəzləri də meyvə dilimləri ilə birgə istehlak etmək daha doğru seçimdir".
Yeddinci qayda porsiya nəzarətidir. Süfrədən tam doymadan qalxmaq lazımdır.
Nəhayət, sonuncu qayda keyfiyyətli yuxudur. Dietoloq ən az 8 saatlıq yuxunun istədiyiniz görünüşə qovuşmağın açarı olduğunu söyləyir. Gecə 9 saat yatmağı məsləhət görən mütəxəssis, yuxusuzluğun hormon səviyyələrini pozduğunu və qeyri-sağlam qidalara həvəsi artırdığını vurğulayır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1432   Tarix: 01 iyun 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

aksessuarlar gozel gorunmek gelinlikler boğaz ağrısı abdulla saiq usaq serleri xina qoymaq qaydasi kitayski roza kosmetika maya maskasi bürclər oglaq bahar ağır itki