Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşününTəbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova Gazeta.ru-ya bu təhlükənin nə dərəcədə ciddi olduğu və belə vəziyyətdə qida ilə necə davranmalı olduğumuz barədə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, milçəklər ayaqlarında və bədənlərində bağırsaq infeksiyalarının törədicilərini - salmonella, patogen bağırsaq çöpləri, şigellalar, eləcə də ibtidai orqanizmlərin sistlərini və helmint yumurtalarını daşıyırlar. Epidemioloji cəhətdən əlverişsiz bölgələrdə isə vəba və qarın yatalağı xəstəliklərinin yayılma ehtimalı da mövcuddur.
Təhlükənin əsas meyarları təmasın müddəti, həşəratların sayı və qidanın növüdür. Yeməyin üzərinə bir saniyəlik qonub dərhal uçan tək bir milçək elə də böyük risk yaratmır. Lakin həşərat nəm qida üzərində uzun müddət qalıbsa və ya milçəklərin sayı çox olubsa, bağırsaq infeksiyasına yoluxma təhlükəsi xeyli artır: nəm və isti mühit bakteriyaların çoxalması üçün olduqca əlverişlidir.
İnfeksionist məhsulun növünə uyğun addım atmağı tövsiyə edir. Quru qidaları və meyvələri sadəcə yumaq və ya həşəratın toxunduğu hissəni kəsmək kifayətdir. Sulu yeməkləri, mayonezli salatları, sousları və kremləri isə atmaq daha məsləhətdir, xüsusən də onların üzərinə çoxlu milçək qonubsa və isti yerdə uzun müddət qalıblarsa.
"Əgər yeməyi uşaq, yaşlı insan, hamilə qadın və ya immuniteti zəif olan bir şəxs yeyəcəksə, əlavə tədbir görmək və ehtiyatlı olmaq xüsusilə vacibdir", - deyə Polomoşnova vurğulayıb.
Profilaktik tədbirlər çox sadədir: yeməklərin üzərini xüsusi qapaqlarla örtün, tez xarab olan məhsulları soyuducuda saxlayın və zibil qutularının qapağını daim bağlı tutun.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 820   Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

geyim seçimi toy gecesi kosmetik vasiteler baş gicəllənməsi seksual hereketler qulliverin səyahəti veten haqqinda atalar sözləri kosmetika vetene aid bayati qaynana hakista intim munasibetler sağlamlıq babasil