Bədxassəli və xoşxassəli düyünlər zamanı biopsiya və cərrahi müalicə

Bədxassəli və xoşxassəli düyünlər zamanı biopsiya və cərrahi müalicəİncə iynə ilə aspirasion biopsiya (İİAB) aşağıdakı prinsiplərə əsasən aparıla bilər:
Radionuklid  ssintiqrafiyasında isti və ya hiperfunksional olan düyünlərin aspirasion biopsiyası aparılmır.
Boyun limfa düyünlərinin adenopatiyası, USM-də düyünün qalxanabənzər vəzi kapsulundan kənara çıxması, uşaq vaxtı boynun şüalanması, ailə üzvlərində MEN 2 sindromu və ya medulyar və ya papilyar tiroid xərçənginin mövcudluğu, qanda kalsitonin səviyyəsinin yüksək olduğu hallarda USM altında düyünün iynə ilə aspirasion biopsiyası aparılmalıdır.
Həmçinin, aşağıdakı hallarda düyünün iynə ilə aspirasiyasının aparılması tövsiyə edilir:
Solid və hipoexoik düyünün 1sm-dən böyük olması; xəstə risk qrupundadırsa, 5mm-dən artıq olması və USM-də şübhəli məqamların olması;
İzo-hiperexoik düyünün 1-1,5 sm-dən böyük olması;
Qarışıq düyünün 1,5-2 sm-dən böyük olması;
Kista kimi xarakterizə edilən düyünlərin iynə ilə biopsiya məqsədilə aspirasiyasına ehtiyac yoxdur. Lakin, terapevtik müalicə baxımdan kistanın aspirasiyası üçün iynə ilə aspirasiya edilə bilər. Bəzi hallarda çoxdüyünlü qalxanabənzər vəzin (MNG) iynə ilə aspirasiyası zamanı 2-dən çox düyünün aspirasiyası nadir hallarda tələb olunur. Bu zaman ən böyük düyünlər və USM-də şübhəli olan düyünlər biopsiya edilməlidir. Araşdırmalar göstərir ki, incə iynə ilə düyünün aspirasiyası 90%-dək qalxanabənzər vəzin xərçəng prosesinin diaqnostikasına imkan verir.
İynə ilə düyünün aspirasiyası nəticəsində xəstənin müalicə taktikası aşağıdakı kimi aparılmalıdır:
iynə aspirasion biopsiyasının nəticələri qeyri-müəyyən və diaqnostik olmadığı hallarda, iynə biopsiyasının təkrarlanması tövsiyə edilir
sitoloji müayinə xoşxassəli (xərçəng olmayan) prosesi təsdiqləyirsə - xəstə kliniki və USM vasitəsilə dövrü olaraq müayinə-təqib edilir
follikulyar (və ya Hürthle hüceyrəli) proses və ya törəmə - cərrahi yolla rezeksiya (lobektomiya)
bədxassəli baxımından şübhəli sitologiya - cərrahi yolla rezeksiya  (lobektomiya və ya total tiroidektomiya)
bədxassəli hüceyrələr sitologiyada müəyyən edilirsə - cərrahi yolla rezeksiya (total tiroidektomiya). Anaplastik karsinoma, limfoma və ya metastatik törəmə olduğu zaman araşdırma davam etdirilməlidir
Cərrahi müalicə
Qalxanabənzər vəzin xoşxassəli düyünü müəyyən edilmiş xəstələrdə aşağıdakı hallarda cərrahi müdaxilə aparıla bilər:
düyünlə əlaqəli olan yerli kompressiyaedici simptomlar
əvvəllər edilmiş şüalanma
düyünün proqressiv böyüməsi
düyünün US müayinəsində şübhəli məqamların təyin edilməsi
kosmetik effektə.
Uşaqlarda bir çox hallarda həm isti, həm də soyuq düyünlərin cərrahi yolla müalicəsinə üstünlük verilir. Buna səbəb həmin düyünlərin xərçəngə çevrilməsi ehtimalının yüksək olması ilə əlaqədardır. Amma bununla bağlı yekdil fikir mövcud deyil.
Tək düyünlü xoşxassəli xəstəlik zamanı qalxanabənzər vəzin payının kəsilməsi daha geniş tətbiq edilir - lobektomiya. Çoxdüyünlü zob zamanı isə total tiroidektomiya geniş istifadə edilir.
Qalxanabənzər vəzdə aparılan cərrahi müdaxilə zamanı 8 mq deksametazonun əməliyyatdan əvvəl verilməsi əməliyyatdan sonrakı ürəkbulanma, qusma və ağrının səviyyəsini xeyli azaltmış olur. Əməliyyat zamanı sinirlərin monitorinqi və yoxlanması tiroidektomiya nəticəsində ağırlaşma kimi qeydə alınan qayıdan qırtlaq sinirinin - rekurrensin zədələnməsi (parezi) hallarının azalması ilə nəticələnir. Qalxanabənzər vəzin cərrahiyyəsi zamanı drenajların qoyulması nəticənin yaxşılaşmasına xidmət etmir və əksinə xəstəxanada qalma müddətinin artmasına səbəb ola bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, xərçəng xəstəliyinə görə aparılan tiroidektomiya və boynun disseksiyası zamanı çox nadir hallarda qoyulmuş drenajdan limforeya müşahidə edilə bilər. Bu limfatik damarların zədələnməsi nəticəsində baş verə bilər. Xüsusi yağsız pəhriz nəticəsində limfatik drenaj qısa müddət ərzində dayanır.
Tiroidektomiya və ya qalxanabənzər vəzidə aparılan cərrahi müdaxilədən sonra xəstələrə kalsium və vitamin D-nin gündəlik verilməsi hipokalsemiyanın qarşısını almış olur.
dietoloq-endokrinoloq Səlim Əhədov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1449   Tarix: 06 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda