"Best of India": Hindistana səyahət - REPORTAJ - FOTO

Bakıda "Best of India" Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb. 
Bakı İdman Sarayında keçirilən sərgiyə diqqət çoxdur. Burada Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli, qadınlar üçün hind bəzək aksesuarları, hind milli geyimləri kimi məhsullar nümayiş etdirir. 
Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. 
Publika.az sözügedən sərgidən reportajı təqdim edir:
Çay stendində dayanan Srujana Chandra sərgi barədə yüksək fikirdədir: "Biz sərgidə insanlara Hindistan çaylarını tanıdırıq. Stendimizdə "Kanqra", "Masala", "Darciliq", "Nilgiri", "Assam" və s. kimi çaylarımız təqdim olunur. Bu çaylar həqiqətən çox dadlıdır və sərgiyə gələnlər Hindistan çaylarına xüsusi maraq göstərirlər". 
Srujana qeyd edir ki, çay stendini 5 gün ərzində 7 mindən çox insan ziyarət edib: "Bu, həqiqətən çox gözəldir və çaylara göstərilən bu cür yüksək tələbdən razıyıq".
Əlbəttə, Hindistan xanımları özlərinin xüsusi geyim və aksesuarlarına olan maraqları ilə də seçilirlər. Bu cəhətdən də bir qədər Azərbaycan xanımları ilə oxşarlıqları var desək, yanılmarıq. Elə məhz bu səbəbdəndir ki, Hindistanın milli geyimləri və bəzək aksesuarları təqdim edilən stendlərin qarşısındakı izdiham bizi təəccübləndirmir. Burada qeyri-adi, hind filmlərindən yaxşı tanış olan aksesuarlar və geyimlər gözə çarpır. 
Bəzək aksesuarlarının satışını təşkil edən xanım göstərilən maraqdan xüsusilə razıdır: "Mən azərbaycanlı olduğum üçün buradakı izdiham məni təəccübləndirmir. Çünki Azərbaycan xanımları da bəzənməyi çox sevirlər. Gördüyünüz kimi, mən də bu bəzək aksesuarları ilə özümü bəzəmişəm. Xanımlarımız həm baxımlı olmağı sevir, həm də üzərlərində hər hansı qeyri-adi bəzək aksesuarlarından istifadə etməkdən çəkinmirlər. Fikrimcə, dediklərim stendin qarşısındakı izdihamı açıqlamaq üçün kifayətdir". 
Bəzənmək və baxımdan danışmışkən, hind xınasından söz açmasaq, olmaz. Çünki hind xınası isə əllərə bəzək vurmaq Hindistan adət-ənənlərində xüsusi yer tutur. Azərbaycanın da xına ilə əlaqədar bir çox adət-ənənələrinin olması xoş təsadüfdür. Elə məhz buna görədir ki, hind xınası ilə əllərin üzərinə bəzək çəkən xanımın qarşısındakı növbə gözə çarpır. Kiçik qız uşaqlarından tutmuş yetkin xanımlaradək hər biri səbrlə sıranın onlara gəlməsini gözləyirlər. Çəkilən bəzəklərə incəsənət əsəri desək, görəsən, mübaliğə etmiş olmarıq?! Məncə, bu stendin qarşısından keçib, burada ayaq saxlamayan xanım yoxdur. 
Sərgidəki ümumi ab-hava möhtəşəmdir. Sərgiyə maraqdan isə həqiqətən danışmağa dəyər. Azərbaycanda hər zaman hind rəqsləri və hind filmlərinə maraq yüksək səviyyədə olub. Ona görə də buradakı izdiham bizi bir o qədər də təəccübləndirmir. Əgər yolunuzu buradan salmaq istəsəniz, əmin olun ki, maraqlı anlar yaşayacaqsınız. Bu, bir anlıq ekzotik Hindistanı səyahət etmək kimi bir ilğım olacaq. 
Qeyd edək ki, sərgi martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.
Foto: Ceyhun Rəhimov

Maraqlı     Baxılıb: 2597   Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

turlar.az

sade makiyaj sekilleri gelinlikler kosmetoloq qadin dunyasi.az qazan kotleti hazirlanmasi otaq dizaynları körpə və ona qulluq kosmetika gülməli hakıştalar kokelmek öpüşme veten dostluq