Beyin əməliyyatlarını süni intellekt icra edəcək

Beyin əməliyyatlarını süni intellekt icra edəcəkBritaniyanın aparıcı neyrocərrahları bildiriblər ki, iki il ərzində süni intellektdən (AI) istifadə edərək beyin əməliyyatı aparılması mümkün ola bilər ki, bu da neyrocərrahiyyəni daha təhlükəsiz və effektiv edir.
Milli.Az lent.az-a istinadən bildirir ki, təcrübəli cərrahlar daha dəqiq beyin əməliyyatı aparmaq məqsədilə yeni AI texnologiyası ilə işləyirlər. London Universitet Kollecində işlənib hazırlanmış və süni intellekti vasitəsilə keçiləcək əməliyyat kiçik şişləri və beyinin mərkəzindəki qan damarları kimi kritik strukturları aşkar edir. Britaniya hökuməti hesab edir ki, bu metod neyrocərrahiyyə sahəsində mühüm addım olacaq.
Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış yoldan çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən üzüm ölçüsündə olan hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir. O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Britaniya Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının məsləhətçisi, neyrocərrah Hani Markus deyir: "Əgər əməliyyat zamanı kiçik hərəkətlər etsəniz, o zaman şişi kifayət qədər çıxarmamaq riskiniz var. Əksinə, çox böyük sahədə əməliyyat aparsanız, bu, həqiqətən, beyinin vacib strukturlarına zərər verə bilər".
Süni intellekt sistemi bu tip hipofiz cərrahiyyəsinin 200-dən çox videosunu təhlil edib və 10 ay ərzində cərrahın 10 il qazanacağı təcrübə səviyyəsinə çatıb. "Mənim kimi cərrahlar - hətta çox təcrübəli olsanız belə - süni intellektin köməyi ilə bu sərhədi tapmaq üçün daha yaxşı iş görə bilərlər", -deyə Markus vurğulayıb. Onun sözlərinə görə, neyrocərrahlar bir neçə ildən sonra hər hansı bir insanın indiyə qədər görmədiyi və ya görə bilmədiyi daha çox əməliyyatı yerinə yetirəcək AI sisteminə sahib ola bilərlər.
AI, eyni zamanda, cərrahları beyinin lazımi nöqtəsinə daha tez yönəldəcək və əməliyyatın hansı mərhələdə olmasını müəyyən edəcək.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1229   Tarix: 23 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim və ayaqqabılar geyim dəbləri qadın geyimi çanta ayaqqabı cizgi filmləri hikmətli hekayələr otaq dizaynlari kosmetika şirin qoğal muellim seiri baldıza aid hakışta damla haxışda