Beyin fəaliyyəti üçün faydalı məhsullar açıqlandı - FOTO
"Omeqa-3 və omeqa-6 beyin üçün vacibdir. Onlar dəniz məhsulları, qızılbalıq, ton balığı, sardina, siyənək, kimi yağlı balıq növlərində, treska qaraciyərində olur".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi Darya Rusakova insan beyninin fəaliyyəti üçün xüsusilə faydalı olan məhsullardan danışarkən bildirib.
Mütəxəssisin sözlərinə görə kətan və soyuq sıxılmış zeytun yağları, qoz, küncüt və lobya da omeqa ilə zəngindir.
"Giləmeyvə, xüsusilə böyürtkən, qaragilə və albalı kimi tünd olanlar beynin strukturunda yaşa bağlı dəyişikliklər prosesini ləngidən flavonoidlərin zəngin mənbəyidir", - deyə nutrisioloq əlavə edib.
Həkim hüceyrələri toksinlərdən qorumaq üçün meyvə yeməyi, hüceyrə ölümünü yavaşlatmaq üçün isə rasiona daha çox tərəvəz və göyərti əlavə etməyi məsləhət görüb.
"Vitamin qəbul etmək və zehni fəaliyyəti artırmaq üçün isə tumlar və qoz-fındıq yemək lazımdır", - deyə o, bildirib.
Bundan əlavə, dietoloq çay və qəhvəni gündə üç-dörd fincanla məhdudlaşdırmağı tövsiyə edir.
"Belə olarsa qəhvə beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək, həmçinin Altsheymer xəstəliyinin inkişafının qarşısını alacaq. Çay çeşidləri arasında bitki mənşəli çaylara üstünlük verilməlidir", - deyən Rusakova bədənin susuzlaşmasının qarşısını almaq üçün su balansının saxlanmasına diqqət yetirməyi tövsiyə edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi