Beyin yorğunluğunu aradan qaldıran üsullar

Beyin yorğunluğunu aradan qaldıran üsullarDiqqət əskikliyi və unutqanlıq kimi əlamətlər zehni yorğunluğun əsas əlamətidir.
Qadınsaytı.az xəbər verir ki, türkiyəli beyin cərrahı Abdullah Özkardeş zehni yorğunluğun qarşısını alan üsulları izah edib. Həkimin sözlərinə görə, beyin yorğunluğunun əsas səbəbi gərgin iş rejimidir: "Lakin başqa amillər də beyin yorğunluğunun yaranmasına səbəb ola bilər. Narahatlığı aradan qaldırmaq üçün ilk növbədə onun yaranma səbəbini müəyyən etmək lazımdır".
Həkim beyin yorğunluğunun yaranma səbəblərini belə sıralayıb:
• Çox stress yükü
• İş şəraitinin narahat olması
• Yuxusuzluq
• Elektron cihazlar
• Özünə və ailəyə kifayət qədər vaxt ayıra bilməmək
• Səhv qidalanma vərdişləri
• Bəzi metabolizm xəstəlikləri və müxtəlif narahatlıqlar
Abdullah Özkardeş sevdiyimiz insanlarla daha çox vaxt keçirməyi və sevdiyimiz işlə məşğul olmağı məsləhət görüb: "Beyin yorğunluğundan xilas olmaq və zehni təmizləməyin ən yaxşı yolu özünə zaman ayırmaqdır. Troid vəzlərinin yaxşı işləməməsi də beyin yorğunluğu yaradır. İşdən sonra uzun müddət iş haqqında düşünmək olmaz. Sevdiyimiz işlərə vaxt ayırmaq da beyin yorğunluğunun müalicəsində əhəmiyyətli yer tutur. Günün yorucu və stressli hissəsindən xilas olmaq üçün gərginlikdən uzaqlaşıb özünüzə zaman ayırın. Xüsusilə ağac əkmək və torpağın üstündə ayaqyalın gəzmək bədəndəki elektromaqnetik yükün azalmasını təmin edir".
Bundan başqa, mütəxəssis B, C və E vitamininin vacibliyini vurğulayıb: "Beyin yorğunluğu azaltmaq üçün nizamlı qidalanmaq vacibdir, yemək saatlarını buraxmaq olmaz. Zehni yorğunluq yaşayan insanlarda unutqanlıq da tez-tez rast gəlinən haldır. Bununla mübarizə aparmaq üçün qoz, fındıq, göyərti və çoxlu tərəvəzlər yeyin. Həmçinin yeməkləri zeytun yağında bişirmək faydalı nəticələr verir. Bütün bunlardan əlavə B, C və E vitaminləri qəbul edin, yaxud da sözügedən vitaminlərlə zəngin məhsullara üstünlük verin. İdmanın da beyin yorğunluğuna müsbət təsirini unutmaq olmaz. Gündəlik edilən məşqlər unutqanlığın qarşısını alır".
Publika.az

Xəbərlər     Baxılıb: 1787   Tarix: 19 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

sade makiyaj sekilleri reseptler yay geyimləri 2026 biz və kişilər sizanaqlara qarsi maska qızartma qadın alt paltarları kosmetika xerceng hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi ucun irem derici qizliq perdesi