Beyinə, bədənə və ürəyə faydalı ədviyyatlar
Ədviyyatları hər gün istehlak etmək beyin, ürək və bədən sağlamlığınızı yaxşılaşdıracaq.
Milli.Az lent.az-a istinadən bildirir ki, ədviyyatlar yeməklərin dadına müxtəliflik qatmaqla yanaşı, sağlamlığımızı da yaxşılaşdırır.
Məlum olub ki, onlardan bəziləri iltihabı idarə edə, idrak funksiyasını yaxşılaşdıra, ürək sağlamlığını dəstəkləyə və hətta arıqlamağa kömək edə bilər.
Dietoloq bildirib ki, yuxarıda göstərilən faydalara nail olmaq üçün qida rasionunuza zərdəçal və darçın daxil etməlisiniz.
Zərdəçal, beynin qocalmasının qarşısını almağa kömək edən, ürək sağlamlığını yaxşılaşdıran və bütövlükdə bədənə müsbət təsir göstərən əla antiinflamatuar xüsusiyyətlərə malikdir, arıqlamaq üçün istifadə olunur.
Dietoloq qeyd edir ki, zerdeçalın tərkibindəki kurkumin oksidləşdirici stress və iltihabı azaltmaqla ürək xəstəliklərinin qarşısını alır eləcə də idrak funksiyasını yaxşılaşdırır. Zərdəçal müxtəlif souslara, şorbalara və yeməklərə əlavə edilə bilər.
Tərkibindəki yüksək qəhvəyi aldehid səbəbiylə darçın iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Ümumi ürək sağlamlığına faydalı təsir göstərən qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Yulaf əzməsi, bişmiş məhsullar və ya qəhvə, çay kimi içkilərə darçın əlavə etmək faydalı olacaq.
Milli.Az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri