Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIBeyinə bənzər bu bitki beyinə və bədəninizdəki demək olar ki, bütün digər orqanlara faydalıdır. "Daily Health Post" iddia edir ki, müntəzəm kələm istifadəsi sağlamlığınızı gücləndirəcək və xəstəliklərin sağalmasına kömək edəcək.
Publika.az oxucuları kələmin inanılmaz fayaları ilə tanış edib.
Kələmin tərkibinə bədənə lazım olan bir çox vitaminlər daxildir: C, E və K vitaminləri; kükürd, beta-karotin, kalium, maqnezium və kalsium. Vitamin C kələmdə bir ədəd portağaldan daha çoxdur. Bu suda həll olunan vitamin bədəndə saxlanmır, odur ki, tarazlığı qorumaq üçün mütəmadi olaraq ondan istifadə etməlisiniz. Vitamin C xəstəliklərin müalicəsi üçün çox vacib olan təsirli bir antioksidandır. Vitamin C immun və sinir sistemlərinə təsir edərək Alzeymer xəstəliyi və xərçəng kimi degenerativ xəstəliklərin inkişafını azalda bilər.
1. Kələm iltihabla mübarizə aparır
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIKələmin ən geniş yayılmış komponentlərindən biri də əzələlərdə və ağciyərlərdə toplanan qlutamin amin turşusudur. Qlutamin antiinflamatuar təsir göstərir. Qlutaminlə zəngin qidalar yemək allergiya, oynaq ağrısı, əzələ ağrısı, hərarət və dəri xəstəliklərinin təsirini azalda bilər.
2. Qan təzyiqini aşağı salır
Kələmdəki kalium qan damarlarını açıq və axıcı saxlayır, qan təzyiqini sağlam səviyyədə saxlayır.
3. Sümük sağlamlığını artırır
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIKələmin tərkibindəki minerallar sümük möhkəmliyi, osteoporoz və sümüklərin oxşar degenerativ vəziyyətlərinin qarşısının alınması üçün vacibdir.
4. Beyin funksiyasını qoruyur
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIVitamin K sinir zədələrindən qoruyur və beyin sağlamlığına kömək edir. Bu vitamin qan laxtalanması və bədəndə müəyyən zülalların yaranması üçün lazımdır. Əsəbləri qoruyur və demans kimi degenerasiya təsirinin qarşısını alır.
Antosiyaninlər kələmin qırmızı olmasına səbəb olur (qırmızı şərab hazırlamaq üçün istifadə olunan qırmızı üzüm antosiyaninlərin başqa bir mənbəyidir). Bu maddə xərçəng riskini azaldan, beyni və bütün sinir sistemini dəstəkləyən zəngin bir antioksidandır.
5. Xərçəngin qarşısının alınması
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIAntioksidantlar sərbəst radikallardan azad edir. Kələmin tərkibində olan lupeol, sinigrin və sutorafan kimi əlavə təbii kimyəvi birləşmələr isə xərçəng əleyhinədir.
Vanderbilt Universitetində aparılan bir araşdırma göstərib ki, bu tərəvəzi yemək süd vəzi xərçəngində sağ qalmağa imkan verir.
6. Göz sağlamlığı
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIKələm göz sağlamlığı və göz kataraktasının profilaktikası üçün lazım olan beta-karotenlə zəngindir.
7. Arıqlamaq, detoksifikasiya, həzm və infeksiyaya qarşı
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIYüksək lif tərkibi sayəsində kələm sizi vacib vitamin və minerallarla təmin edir. Onların sayəsində qan və orqanlarda xüsusilə revmatizm, artrit və dəri xəstəliklərinə gətirib çıxaran toksinlər toplanır və xaric çıxarılır.
Bir stəkan qaynadılmış kələmdə cəmi 33 kalori var, odur ki, ac qalmadan çox yeyə və bütün faydalarını ala bilərsiniz. Lif həmçinin mədə-bağırsaq traktının sağlamlığı ilə bağlı problemlərə və vaxtından əvvəl yaşlanmaya, dəri xəstəliklərinə, xoralara və baş ağrısına səbəb olan toksinlərin toplanmasına səbəb ola bilən qəbizlik tezliyini azaldır.
Kələm turşusu həzm sistemində probiotik rolunu oynayan süd turşusunu ifraz edir. Bu turşu antibiotik xüsusiyyətlərinə də malikdir. Kələmdəki kükürd infeksiya ilə mübarizə aparır və yaraların sağalmasını sürətləndirir.
Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARIƏksər tərəvəzlərdə olduğu kimi, bişirmə prosesi qidalanma dəyərinin bir hissəsini öldürür, odur ki, çiy halda yemək daha yaxşıdır. Bununla birlikdə, tiroid bezi ilə bağlı problemləriniz varsa, kələm də daxil olmaqla, Kələmçiçəyikimilər fəsiləsinə daxil olan tərəvəzlərdən çəkinməlisiniz, çünki bu orqanizmin işinə mane ola bilər.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2471   Tarix: 08 sentyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qis geyimləri 2026 hamiləlik gelinlikler sanamalar gavali murebbesi yemisan faydasi aybasi ucun derman kosmetika əqrəb bayatılar rəksanə vusale elizade kondom nedir