Beyinin ocaqlı patologiyaları

Beyinin ocaqlı patologiyalarıBaş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud şəkildə toplanması nəzərdə tutulur. Beyinin ocaqlı patologiyaları ən çox beyindaxili, az hallarda isə epidural və subdural abaseslərə təsadüf edilir.
Araşdırmalar ocaqlı beyin abseslərinin hər 100000 adamdan birində meydana çıxdığını göstərir.
Beyində meydana çıxan ocaqlı patologiyalar streptokokk, stafilokokk, pnevmokokk və meninqokokklar tərəfindən əmələ gəlir. Bəzi hallarda isə müayinələr zamanı ocaqlı patologiyaların bağırsaq çöpləri, ibtidailər və qarışıq flora səbəbindən də törədildiyinə rast gəlinir. Ocaqlı patologiyanı əmələ gətirən infeksiyalar beyinə müxtəlif yollarla (kontakt, metastatik və travmatik)daxil ola bilir.
Praktikada ən çox kontakt abseslərə rast gəlinir, kəllə boşluqları, göz çuxuru və beyin qişalarında müşahidə edilən absseslər astoidit və otit nəticəsində inkişaf edir.
Beyində baş verən ocaqlı patologiyaların təxminən yarısı otogen mənşəlidir. Kəskin formadan fərqli olaraq, xroniki irinli otitlər daha çox beyində ocaqlı fəsadlaşma verə bilir. Otitlər zamanı infeksiya gicgah sümüyünün təbil boşluğu və mağaralı cibblərin damı vasitəsilə arxa kəllə çuxuruna keçərək beyin gicgah payının absesini törədir. Nadir hallarda oto və rinogen abseslər septik artrit zamanı vena və ciblərin trombozu nəticəsində inkişaf edir. Bu zaman abseslər ilkin infeksiya ocaqlarından uzaqda - beyinin dərin şöbələrində yerləşir.
Bəzən beyində əmələ gələn ocaqlı patologiyalar ağ ciyər xəstəlikləri (pnevmoniya, bronxoektaz, abses və empiema) səbəbindən baş verir. Bu abaseslər metastatik irin ocaqlarıdır. Bəzən isə xoralı endoartrit, osteomielit və daxili üzvlərin absesləri də beyində metastatik patoloji irin ocaqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstəliyin əmələ gəlməsinə septik emboliya səbəb olur.
Travmatik abseslər kəllənin açıq zədələnmələri zamanı beyin qişasına infeksiya düşməsi səbəbindən baş verir. Bu zaman infeksiya beyini zədələyən alət vasitəsilə içəri daxil olur.
Xəstəliyin əmələ gəlmə prosesi
Əvvəlcə infeksiya beyinə daxil olub beyin qidalarında məhdud iltihabi-irinli ensefalit əmələ gətirir. Bu beyində ocaqlı patologiyaların meydana çıxmasına səbəb olur. Xəstəlik müalicə olunduqda çapıqlaşma nəticəsinddə sağalma baş verir. Müalicə və sağalma baş vermədikdə beyin toxumasının əriməsi nəticəsində irinlə dolu boşluq - məhdud irinli sahə yaranır. Boşluğun kənarlarında möhkəm toxuma kapsulu yaranır və bu abses kapsullaşması adlanır.
Beyinin ocaqlı patoloji xəstəliklərinin diaqnozu anamnestik göstəricilərə əsaslanaraq, ümumi əlamətlərə nəzər salaraq kliniki müayinələr əsasında qoyulur.
Beyin absesi həmişə ağır diaqnoz olub, 40-60% hallarda ölümlə nəticələnir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1361   Tarix: 01 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani