"Beynimiz yaxşı işləməsin deyə illərlə bizə bunu yeməyə qoymayıblar"

"Yağ olmasa beyin işləməz, bizi yağsız qoydular ki, beynimiz işləməsin"
Türkiyəli professor, yazar və həkim Canan Karatay açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, məşhur həkim yağların zərərli olması barədə yayılan məlumatları yalan adlandırıb. Onun dediyinə görə insanları yağ yeməkdən çəkindirməklə beynin düzgün fəaliyyətinə mane olmağa çalışıblar.
O, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün yağ və zülal əsaslı qidalanmanın vacib olduğunu vurğulayıb. O, illərlə yağın zərərli olduğu ilə bağlı yanlış fikirlərin yayıldığını və bunun insan beyninin fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib. "Yağ olmasa beyin işləməz, bizi yağsız qoyublar ki, beynimiz işləməsin," deyə Karatay əlavə edib.
Karatay uşaqlara şəkər verilməməsinin əhəmiyyətinə diqqət çəkərək, şəkərin və hətta çörəyin orqanizmə daxil olduqdan sonra şəkərə çevrilərək zərər verdiyini bildirib. O, hazır qida məhsullarının uşaqların fiziki və ruhi sağlamlığı üçün heç bir faydasının olmadığını, xüsusilə şəkər, şokolad, qofret və qarğıdalı ləpələrinin ultra emal olunmuş qidalar olduğunu deyib.
Karatay bəzi ölkələrdə, xüsusən Yaponiyada, məktəblərdə sağlam qidalanma ilə bağlı tətbiqlərin mövcud olduğunu vurğulayıb. Yapon məktəblərində uşaqların öz qidalarını hazırlayıb qablarını yuduqlarını, iki dəfə qidalandıqlarını və axşam yeməyində dəniz məhsulları istehlak etdiklərini söyləyib. O, həmçinin kənd yumurtasının uşaqlar üçün ən faydalı qida olduğunu qeyd edərək, "Yaponiyada yeddi yaşından sonra uşaqlara gündə iki yumurta yedizdirilir," deyib.
O, Türkiyədə də bu cür milli siyasətin həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Uşaqlar məktəblərdə həm təhsil almalı, həm də sağlam qidalanma ilə bağlı nümunələr görməlidir."
Karatay, zeytun meyvəsi və zeytun yağının istifadəsinin artırılması ilə bir çox xəstəliyin qarşısının alına biləcəyini də əlavə edib. "Əgər ölkəmizdə zeytun və zeytun yağı istifadəsi artsa, heç bir xəstəlik qalmaz", - deyə bildirib.
İslam
Milli.Az

Xəbərlər     Baxılıb: 1100   Tarix: 18 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu