Biabırçı videosu yayılan Vəfa Zeynalovaya gənc müğənnidən DƏSTƏK: "bizim acı sözlərlə vurduğumuz yaranı..."

Biabırçı videosu yayılan Vəfa Zeynalovaya gənc müğənnidən DƏSTƏK: "bizim acı sözlərlə vurduğumuz yaranı..."Respublikanın əməkdar artisti Vəfa Zeynalovanın bəzi suallara cavab verə bilməməsi sosial mediada sərt tənqidlərlə qarşılanıb.
Xanim.az xəbər verir ki, əməkda artisti sərt tənqid edənlərlə yanaşı onu müdafiə edənlər də olub. Müdafiə edənlər arasında isə diqqəti çəkən "Xalq Ulduzu 5" yarışmasından tanınan müğənni Teymur Qədirov olub. O aktrisanı müdafiə edərək tənqid edənləri qınayıb: "Tənqid etmək çox asandır, hətta ömründə bir dəfə də olsun kitab üzü açmayan, dünyagörüşü "Tarqovı" küçəsindən, "Bulvar" parkına qədər olan insan hansısa bir akademiki, ixtisasına aid olan və yaxud olmayan suala cavab vermədiyinə görə də tənqid edə bilər.
Dəyərli aktrisa Vəfa Zeynalovanı hər kəs, hətta saxta hesabla sosial şəbəkələrə daxil olan insanlar da tənqid edir. Doğrudur, bir neçə sual var idi ki, ən azından o sualların verməli idi, amma suallara cavab verməməsi o qədər də qloballaşdırılacaq bir məsələ deyildi. Ona ilk ünvanlanan çətin sualların Vəfa xanımda "mandraj" yaratdığını açıq-aydın sezmək olur. Hətta o qədər "mandraj"da idi ki, primitiv, Şah İsmayıl xətainin yaratdığı dövlətini adını belə deyə bilmədi. Bu sizcə savadıslıqdır, yoxsa həyəcan?
Orta məktəbdə bir riyaziyyat müəlliməmiz vardı idi. Ali təhsil ocaqlarının birində hazırda dərs deyir. Yüzlərlə tələbəsi mükəmməl göstəricilərə imza atıb. Amma bir gün müəllimənin dərsində direktorumuz qəfil sinfimizə daxil oldu. Xanım müəlliməmiz çox həyəcanlandı. Direktorun sualları onu eynən bu vəziyyətə, "mandraja" saldı. Hətta illərin riyaziyyat müəlliməsi həyəcandan 6 rəqəmini tərsinə, "Ə" kimi yazdı. Axı bu savadsızlıq deyil, bu həyəcandır.
Hesab edirəm ki, Vəfa xanım elə bir insandır ki, verilişdən dərhal sonra cavab verə bilmədiyi sualların cavabını axtarıb, tapıb öyrənəcək, səhvini düzəltməyə zaman və imkan tapacaq amma bizim acı sözlərlə vurduğumuz yaranı nə düzəltməyə, nə də zamanı geri çəkməyə heç cür imkanımız olmayacaq.
Necə deyərlər bilməmək eyib deyil, öyrənməmək eyibdir. Ümid edirəm ki, Vəfa xanım bunları öyrənəcək".

Xəbərlər     Baxılıb: 2036   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

turlar.az

sade makiyaj sekilleri maskalar donlar 2026 vannalar zire yagi sac ucun yuxu yozmalar 2026 geyim kolleksiyasi kosmetika mikayıl abdullayev seksi hekaye janri bayati irem derici