Binada yaşayanlara ŞAD XƏBƏR: sabahdan...
Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq.
Xanim.az-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib.
Şöbə müdiri qeyd edib ki, noyabrın 15-i səhər saatlarından artıq qazanxanalar işə salınacaq: "Səhər saatlarından istilik sisteminin verilməsinə başlanılacaq. Yaxın 2-3 gün ərzində bütün binalar istiliklə təchiz ediləcək. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib".
R.Əliyev bildirib ki, yaxın iki gün ərzində xətlərdə suyun təzyiqi nizamlanacaq, istilik dərəcəsi normallaşdırılandan sonra binalar istiliklə təmin olunacaq.
Şöbə müdiri bildirib ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda istilik qazanxanaları var və həmin qazanxanalar da noyabrın 15-dən işə salınacaq.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin