Bir müddət məhəbbətimizi məsafəli yaşayaq... - Gənclərə məsləhət

Bir müddət məhəbbətimizi məsafəli yaşayaq... - Gənclərə məsləhətPsixoloq Gülnar Orucova "Əllərimizi sinəmizə sıxmaqla, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Sosial məsafə və özünütəcrid koronavirusa yoluxmağın qarşısını almağın ən təsirli yolları kimi göstərilir. Lakin cəmiyyətimizdə hələ də bu qaydaları ciddiyə almayan insanlar var. Ən çətini isə odur ki, sən məsafəni saxlasan da, qarşı tərəf səninlə qucaqlaşmaqda, təmasda olmaqda israrlı olur. Buna etiraz etməyin isə inciklik yaradır. Bəs nə etməli? Sosial məsafə qoruyarkən qızıl ortanı necə tapmalı?
Psixoloq Gülnar Orucova deyir ki, sosial məsafəni qorumaq üçün insanlar ilk olaraq koronavirusu qəbul etməli, bunun ciddiliyini, təhlükəli olmasını anlamalıdır. Psixoloqun sözlərinə görə, təmas etməkdə israrlı olanlar xəstəliyin ciddiliyini dərk etməyənlərdir. Əgər onlar da anlasa ki, bu həyati məsələdir, o zaman özləri də məsafə saxlayar: "Bunun yoluxucu xəstəlik olduğunu anlamayan insan, məsafə də saxlamaz. Düzdür, bəzi ictimai nəqliyyat vasitələrində o qədər insan olur ki, burada məsafənin saxlanması mümkünsüzdür. Amma uzun müddət sonra rastlaşan insanlar təmasdan qaça, özlərini izolyasiya edə bilərlər. Dünya ölkələri ilə müqayisədə bizim insanlarımız daha diqqətcil, qayğıkeş, sevgi doludurlar. Elə bu xüsusiyyətlərimiz də bizə problemlər yaradır. İnsanlar xoş münasibəti bildirmək üçün özlərini görüşmək məcburiyyətində hiss edirlər. Bunun həll yolu odur ki, karantin rejiminin hələ də davam etməsini insanlar anlamalı, qaydalara riayət etməlidir. Hazırda SMS  icazənin götürülməsi insanlara sərbəstlik verib və bu sərbəstliyi sanki karantin rejiminin bitməsi kimi başa düşürlər. İnsan olaraq hər birimizi karantində olduğumuzu anlayaq, bu xəstəliyin ciddi, yoluxucu olduğunu qəbul edək, bundan qorunmaq üçün də sosial məsafəni saxlayaq". 
Psixoloq deyir ki, sosial məsafəni qorumaq üçün xoş münasibəti sözlərlə də bildirə bilərik: "Sosial məsafə, yoluxucu xəstəliklərin yayılmasını dayandırmağa və ya yavaşlatmağa istiqamətli nəzarət aktdır. Sosial məsafənin məqsədi, xəstəliyin ötürülməsi və ölüm hallarının minimuma endirilməsi üçün yoluxmuş insanlarla yoluxmayanlar arasında əlaqə ehtimalını azaltmaqdır. Gəlin bir müddət, imkan daxilində, görüşərkən profilaktik tədbirlərə riayət edək. Bir müddət əllə görüşməkdən, qucaqlaşmaqla məhəbbətimizi bildirməkdən uzaqlaşaq. Əllərimizi sinəmizə sıxmaqla, yüngül təzim etməklə ədəb və ehtiram göstərək, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik. Yaxınlarımızı və insanları qorumaq üçün bir müddət məhəbbətimizi məsafəli yaşayaq!"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1255   Tarix: 29 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri geymler 2026 sade makiyaj sekilleri qara tutun faydalari gözəl xanım bakirəliyin pozulması mexmerek kosmetika vətən haqqında bayatı statuslar sperma bayraq baliq burcu