Bir sual, bir cavab – Emosional və fiziki aclıq nədir?
Hər hansı stressdən, problemdən sonra hiss etdiyiniz aclıq həqiqi aclıq olmaya bilər.
Yemək əhvalımizı tez qaldırmağa kömək edən bir faktordur. Ona görə də emosional və fiziki aclığı ayırd etməyi bacarmalıyıq. Həddindən artıq yemənin 3 əsas növü var. Doyma duyuğusunun olmaması, hisslərlə bacara bilməmək, uşaqlıqdan yemə vərdişləri.
Ūmumiyyətlə yeməzdən əvvəl fikirləşmək lazımdır ki, doğrudanmı acmışam? Psixologiyada 2 növ aclıq ayırd olunur. Emosional və fiziki. Bu 2 aclıq növünü ayırmağı öyrənməliyik.
Emosional aclıq qəflətən yaranır, hansısa konkret qida arzu olunur. Adətən dərhal yeyilməlidir duyğusu olur, tox olduqdan sonra da yeməyə davam edilir. Hətta bəzən yeməkdən sonra utanc ve günah hissi yaranır.
Fiziki aclıq zamanı isə aclıq hissi bir neçə saat ərzində artır. Aclığı öldürmək üçün nə yeyiləcəyi önəmli olmur. Bir müddət dözmək olur. Doyduqdan sonra yemək dayandırılır. Yeməkdən sonra neqativ hisslər olmur.
Özünüzdə yaranan emosional və fiziki aclığa gətirən səbəbləri araşdırmağı bacarın.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi