Birinci vitse - prezidentdən MÜHÜM TAPŞIRIQ
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
İH-dən xəbərə görə, icra başçısı Eldar Əzizov müşavirə barədə məlumat verib, qeyd edib ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı ölkə prezidenti tərəfindən tədbirlər həyata keçirilib. Bildirilb ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilib, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunub, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilib və onların siyahısı məcburi köçkünlərə təqdim olunub. Müşavirədə bildirilib ki, tapşırıqların icrası kampaniya xarakterli deyil daimi olacaq və yerlərdə artıq bu işlərə başlanıb.











İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu