Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınız

Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınızYağlı bişirmə kağızları mətbəxlərdə geniş şəkildə istifadə edilən vasitələrdən biridir. Son dərəcə gigiyenik və istiliyədavamlı olan bu kağızlar müxtəlif məqsədlər üçün istifadə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əsasən çörək və ya digər un məmulatlarının yapışmaması və asan çıxarılmasını təmin edən bu kağızlar uzun illər sağlamlıq üçün faydalı hesab olunub. Çünki bu yağlı kağızlar əlavə yağ istifadəsinə mane olur.
Həmçinin sobanın içindəki havanın təmiz qalmasına səbəb olur.
Lakin mütəxəssislər son illərdə bu kağızların zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bişirmə kağızlarının bəzi növləri insan sağlamlığını təhdid edir. Söhbət ağ rəngdə olan bişirmə kağızlarından gedir. Bu kağızlar xlorla ağardılır. Xlorun tərkibində dioksin var. Bu cür bişirmə kağızından istifadə uzun müddətdə hormon pozğunluğna səbəb ola bilər. Bu halda əsasən də tiroid hormonlarının və estrogen hormonunun balansı pozulur.
Bundan əlavə, bəzi insanlarda dəri problemlərinə və allergiyaya səbəb olması mümkündür.
Bildirilir ki, əsas tərkib hissəsi sellüloza olan və ağardılmayan bişirmə kağızları daha təhlükəsizdir.
Selüloz liflərindən hazırlanan bu kağızlarda xlor yoxdur.
Buna görə də ağ deyil, bir qədər qəhvəyi rəngli və xammalı sellüloza olan kağızlardan istifadə etməyiniz tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 27 may 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim necə seçməli sade makiyaj sekilleri aksessuarlar 2026 qis modasi maraqlı seksin növləri saglamliq haqqinda kosmetika veten haqqinda atalar sozleri 8 mart toyuq salati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır qurd ve quzu