Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər

Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər"Çalışıram verilişlərə getməyim. Bu o demək deyil ki, hər verilişə getmirəm. Sadəcə, telefon çıxandan mənim sənətə olan həvəsim ölüb. Telefon hər şeyi ortaya tökdü, gizliləri açdı. Amma elə şeylər var ki, onlar gizli qalmalıdır. Bu gün müsahibə vermək istəyirsən, lakin "ağıllı intellektuallar"a biganə qala bilmirəm. Ona görə də verilişlərə getmirəm".
azxeber.com xəbər verir ki, bu sözləri aktyor Azər Axşam "Daha aydın" layihəsində deyib. O, uzun müddətdir efirə çıxmamasına belə aydınlıq gətirib:
"Bir gün jurnalistlərdən birinə dedim ki, nə kiminsə tərifini, nə də söyüşünü istəyirəm. Bizim tamaşaçını başqa şeylərə yönəltdilər. Bundan çox qorxuram. Bizim insanlar məşhur insanları sevirlər. Savadlı, istedadlı, tərbiyəli insanları isə sevmirlər. Məşhurluq axtarırlar. "Mənim toyumda məşhur biri olsun, istedadlı adam yox" deyə düşünürlər".
Aktyor məşhurluğa istedaddan daha çox dəyər verilməsini qınayıb:
"Hətta bir dəfə toyda idik. Köhnə televiziya işçiləri də orada qonaq idilər. Zaldakıların 90 faizi də televiziya işçiləri idi. İki diktor lokomotivinin adını çəkdim ki, sözü onlara verim, zalda oturanlardan heç biri reaksiya vermədi. Dalınca dedim ki, "Dəhşət, iki magikanın adını çəkirəm, siz - əyləşən televiziya işçilərindən reaksiya yoxdur. Amma bir dənə TikTok-dakılardan birini dəvət edək içəri, siz cumacaqsınız onun üstünə. Görün, televiziyada kimlər işləyir". Elə bil bataqlığa daş düşdü.
Bu gün Qorxmaz Əlilini görəndə qaça-qaça gedib qabağına çıxıram. Ola bilər bu gün efirdə deyil, amma o, mənim qəlbimdə peşəsi ilə taxt qurub. Pulum, imkanım çox ola bilər, amma mən yenə də onlarla görüşmək üçün qaçaraq gedərəm".

Şou Biznes     Baxılıb: 1043   Tarix: 07 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

turlar.az

həkim məsləhəti makiyaj etmek qaydalari qis geyimləri 2026 qonaq otagi dizayni yumurta qabiginin xeyri gundelik burcler arıqlama pəhriz kosmetika vetene aid atalar sozu bahar janrlar bayraq naz mila